Загрузка...

BSJ peyvəndi haqda bilmədikləriniz. Faydalı məlumat

- Vərəm xəstəliyi XIX əsrdə minlərlə insanların həyatına son qoyurdu.

1882-ci ildə alman mikrobioloqu Robert Kox bu təhlükəli xəstəliyin "müqəssirini" - bakteriyanı aşkar etdi. Bakteriyanı belə də adlandırdılar - "Kox çöpü". Hal hazırda bu bakteriya vərəm mikobkteriayası adlanır.

- 1923-cü ildə fransa alimləri Kalmett və Qeren vərəm əleyhinə vaksin hazırladılar. Vaksinin əsl adı "Bacillum Calmette Guerin" (BCG). Bizdə bu vaksini daha tez-tez BSJ adlandırırlar. Əvvəllər vaksin orqanizmə peroral (ağız boşluğundan) yeridilirdi və çoxlu ağırlaşmalara səbəb olurdu. Daha sonra alimlər vaksini təkmilləşdirdilər, daha təhlükəsiz və effektli etdilər.

- Müasir BSJ dəri daxilinə yeridilir. Nəticədə orqanizmdə yerli, insanın ümumi sağlamlığı üçün ziyansız olan vərəm prosesi inkişaf edir. Bunun nəticəsində isə orqanizm vərəm mikobakteriyasına qarşı xüsusi anticismlər hazırlayır.

- Vərəm ciddi xəstəlikdir. Bir çox hallarda bu xəstəlik immun sistemi zəif olan uşaqlarda inkişaf edir. Heç bir insan (nə böyük, nə də xüsusilə uşaq) bu xəstəlikdən sığortalanmayıb. Hal hazırda alimlər hətta inkişaf etmiş Avropa ölkələrində bu xəstəliyin çoxalmasını müşahidə edirlər.

- Bizim ölkəmizdə vərəm xəstəliyinə kifayət qədər tez-tez təsadüf edilir. Bu səbəbdən hər bir valideyn öz uşağını bu xəstəlikdən qorumağa çalışmalıdır.

- BSJ peyvəndi bütün dünyada vərəmin çox effektli profilaktik tədbiri sayılır. Belə hesab olunur ki, vərəm xəstəliyinə qarşı vaksinasiya bu xəstəliyin inkişafını 15 dəfə azaldır və vərəmin ağır formalarının inkişafının qarşısını alır.

- BSJ vaksini doğulandan sonra körpəyə ilk vurulan peyvənddir (4-cü-7-ci günlər arası vurulur). Həkimlər tövsiyə edirlər ki, BSJ uşağa məhz doğum evində, uşaq evə yazılmamışdan əvvəl vurulsun.

- Vaksindən sonra immunitet 1 ilə kimi formalaşır. Çiyində kiçik çapığın əmələ gəlməsi immunitetin formalaşmasının göstəricisidir. Çox kiçik azgörünən çapıq bu xəstəliyə qarşı immunitetin tam formalaşmamasından xəbər verir. Bu halda ftiziatrla məsləhətləşmək lazımdır.

- Vaksin vurulmuş yeri "zelyonka", yod, spirt və s. kimi vasitələrlə işləmək olmaz.

- Vaksin vurulmuş yerdə 2-3 aydan sonra qabıq əmələ gələ bilər. Bu qabığı qopartmaq olmaz. Qabıq müəyyən müddətdən sonra özü düşəcək.

- Bəzi körpələr üçün BSJ-nin vurulması əks-göstəriş sayılır. Bu anadangəlmə fermentopatiyaları (orqanizmdə hər hansı fermentin çatışmazlığı) olan uşaqlar, Daun xəstəliyi olan uşaqlar, ağır sinir sistemi zədələmələri ilə doğulan uşaqlar (uşaq serebral iflic).

- Yenidoğulmuşda hemolitik sarılıq, infeksiya olduqda, peyvəndin vurulması taxirə salınır. Vaxtından tez doğulmuş uşaqlara da peyvənd daha gec vurulur (bunu həkim təyin edir).

- Əgər peyvənd vurulan yer irinliyərsə, orada xora əmələ gələrsə, uşağın limfatik düyünləri böyüyərsə (qoltuğaltı düyünlər böyüyə bilər və ana bunu uşağını çimizdirəndə görə bilər), vaksin vurulan yerdə dərinin altında kiçik "kürəcik" əmələ gələrsə, mütləq həkimə müraciət etmək lazımdır.

- BSJ diri vaksindir və bu səbəbdən vaksin nadir hallarda olsa da vərəm prosesin inkişafına səbəb ola bilər. Bu çox nadir hallarda baş verir və əksər hallarda uşaqda əks-göstərişlərin və risk faktorların nəzərə alınmaması ilə bağlı ola bilər.


Saglamolun.Az

.
Загрузка...
.

Şərhlər  

#1 xeyale 19.10.2015 03:56
salam.BSJ nin yeri peyvend olunduqdan nece ay sonra itmelidir?
#2 Administrator 19.10.2015 04:02
Цитирую xeyale:
salam.BSJ nin yeri peyvend olunduqdan nece ay sonra itmelidir?


Tam itmir. 1 yaşına kimi kiçik çapıq əmələ gəlir. Bu belə olmalıdır. İmmunitetin əmələ gəlməsinin göstəricisidir.

Загрузка...

HƏKİMLƏR

Vüsal Cəfərov

Vüsal Cəfərov

Uşaq cərrahiyyəsi

Uşaq cərrahı, uşaq uroloqu

Ətraflı...
Əli Əlizadə

Əli Əlizadə

Osteopatiya

Osteopat, revmatoloq İş stajı - 26 il

Ətraflı...
Vəfa Paşazadə

Vəfa Paşazadə

Dietologiya

Ümumi cərrah, bariatric dietoloq, sağlam qidalanma üzrə mütəxəssis. İş stajı -...

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика