Beynimizin təbii dəstəkçiləri qoz, fındıq, paxlalı bitkilər və...

Alzeihmer və demensiya kimi beyin xəstəliklərinin dünyada tüğyan etdiyi bir vaxtda beynimizi gənc yaşlarından təbii üsullarla necə qorumalıq?
Effektiv beyin funksiyasını təmin etmək, yaddaşı, əhval-ruhiyyəni və konsentrasiyanı qorumaq üçün B vitaminləri ilə zəngin qidaları daxil etmək vacibdir.
Bunlara qəhvəyi düyü, noxud, mərci, yulaf, lobya kimi paxlalı bitkilər, toyuq, balıq, yağsız mal əti, yumurta, süd məhsulları, tünd yaşıl yarpaqlı tərəvəzlər, qoz-fındıq, balqabaq toxumu, kimi məhsullar daxildir.
Bundan əlavə, beyin yaşlanmadan qorunmaq üçün E vitamini tələb edir; qoz-fındıq və toxumlarda, bitki yağlarında, avokadoda və ispanaqda olur.
"Omeqa-3 yağ turşuları, antioksidantlar və xolin beyin sağlamlığı üçün vacibdir. Omeqa-3 yağ turşuları yağlı balıqlarda (somon, sardina), çia və kətan toxumunda tapıla bilər.

Saglamolun.Az