XƏSTƏLƏRİN RAZILIĞI OLMADAN MADDƏLƏR TƏTBİQ EDİB
Berlin şəhərində palliativ yardım, yəni sağalmaz xəstələrin son mərhələsində tibbi və psixoloji dəstək göstərilən şöbədə çalışan həkim, 15 pasientin qətlində ittiham olunur.
40 yaşlı həkimin xəstələrə qulluq edən briqadanın tərkibində işlədiyi dövrdə, xəstələrin razılığı olmadan onlara anestezik və miorelaksant (əzələ boşaldıcı) maddələr tətbiq etdiyi iddia edilir. Prokurorluqdan bildirilib ki, , bu maddələrin birləşimi tənəffüs çatışmazlığına və qəfil ölümə səbəb olub. Qurbanların yaşı 25-dən 94-ə qədər olub.
Qeyd edək ki, Almaniyada qətl üçün nəzərdə tutulan cəza — ömürlük həbsdir.
Saglamolun.Az