Bildirçin yumurtasının faydaları - Sümükləri və zəkanı gücləndirir...

Bildirçin yumurtası  min bir dərdin dərmanıdır.

Sağlamolun.az sizinçün bildirçin yumurtasının faydalarını təqdim edir:

- Bildirçin yumurtasının tərkibində toyuq yumurtasından 5 dəfə artıq fosfor, 8 dəfə çox dəmir, 9 dəfə çox zülal, 15 dəfə artıq B1 vitamini var.

- Bildirçin yumurtası uşaqların zəkasını inkişaf etdirir, iştahanı yaxşılaşdırır, vitaminsizlikdə, mineral çatışmazlığında faydalıdır, immuniteti qüvvətləndirir.

- Tərkibində likopen adında antioksidant olduğundan xərçəng önləyici təsiri vardır.

- Gec danışan, görmə zəifliyindən əziyyət çəkən, tez-tez xəstələnən uşaqlar üçün əvəzolunmaz bir qidadır.

- Allergiyadan əziyyət çəkən uşaqlar üçün də çox faydalıdır.

- Qabıqlar azca qaynadılıb, sonra üyüdülür, uşaqların yeməklərinə qarışdırıldıqda kalsium çatışmazlığını aradan qaldırır.

- Uşaqlar gündə bir dəfə 1 ədəd yumurtanı suda qaynadılmış halda yeyə bilərlər və ya yumurta sındırılır, ağı sarısından ayrılır, ağı bişirilib yeyilir, sarısı isə südə qarışdırılaraq içilir.

- Bidirçin yumurtası cinsi istəyi artırır.

- Yumurtanı sındırın, ağı ilə sarısını bir-birinə qarışdırın, saçlarınıza çəkin, yarım saatdan sonra  şampun vurmadan yuyun. Saçları həm yumşaq, həm də parlaq edir, kəpəklənməni götürür.

- Eyni zamanda bildirçinin əti də ürəyin, qaraciyərin, ağciyərin, böyrəyin, mədənin müalicəsində böyük əhəmiyyətə malikdir.

Saglamolun.Az