Gənc yaşlarından cazibədar olan insanlar xarici görünüşcə o qədər də şanslı olmayan həmyaşıdlarından daha uzun yaşayır.
Sağlamoun.az xəbər verir ki, Arizona Universitetinin alimlərinin bu açıqlaması, bəziləri üçün mübahisəli və hətta spekulyativ görünüb. Bəziləri hətta bu nəticələrin necə əldə edildiyinə şübhə edib.
Müəlliflər “Social Science & Medicine” jurnalında tədqiqat haqqında ətraflı məlumat verib. Onlar 1957-ci ildə məzun olan 8386 Viskonsin lisey şagirdinin həyatını ölənə və ya 80 yaşına çatana qədər izləyib. Nümunədəki insanların demək olar ki, 43% -i təqib müddətinin sonuna qədər vəfat edib.
Məlum olub ki, məktəb illiyi fotoşəkillərində ən az cəlbedici insanlar daha "şanslı" sinif yoldaşlarından daha qısa ömür sürüb.
Saglamolun.Az