Загрузка...

VAMPİR maskası Azərbaycanda da yayılmağa başladı

Artıq üzə qulluq sahəsində yeni eraya keçid başlanıb. Üzü cavan saxlamaq, qırışmasının qarşısını almaq və yaxud bu prosesi bir qədər gecikdirmək, dərini təravətli saxlamaq üçün ağılagəlməz üsullar icad olunub.

Bunlardan biri də insanın öz qanı ilə həyata keçirilən prosedurdur.

Medicina.az bildirir ki, bu üsul zamanı üzə insanın öz qanı yeridilir.

Türkiyədə məşhur olan prosedur artıq Azərbaycanda da istifadə edilməyə başlayıb.

Bu,  Hollivudda "vampir maskası" adlandırılır. Türkiyəli kosmetoloq Ayşəgül Aldınç, artıq botoks modasının geridə qaldığını, yeni müalicə üsulunun istifadəsinin daha üstün olduğunu qeyd edib:

"Bu bir az qorxulu görünsə də, əslində gəncləşmə baxımından çox effektlidir. Bu ortopediya və travmatoloji sahədə də istifadə edilir. Artıq məşhurlar belə botoksdan imtina edib bu proseduru seçirlər".

Kosmetoloq Aidə Məmmədova bildirib ki, bu prosedur Azərbaycanda da tətbiq edilir və "Mikronidlinq" adlanır. Onun sözlərinə görə, dəri xüsusi aparat vasitəsilə deşilir və müəyyən preparatlar ora yeridilir:

"Prosedurun əsas məqsədi dəridə mikro iynələrlə kanallar açmaqdır ki, bu da öz növbəsində dərinin aktivləşdirilməsi, (kollogen, elastin və hialuron turşusunun istehsalını təmin edən Fibroblastları aktivləşdirir) stimulyasiyası ve regenerasiyasının gücləndirilməsinə səbəb olur. Bu, dərinin zədələnməsinin qarşısını almaq üçündür.

Bu proseduru kollagen stimuleedici terapiya da adlandırmaq olar. Sadəcə dəri qanadıldığına görə, üzdə qırmızı qan effekti yaradır".

Həkimin sözlərinə görə, bu üsuldan deformasiyaya uğramış dəri relyefinin hamarlaşdırılması ,genişlənmiş məsamələrin sıxlaşmasında, dərinin tonusunun və elastikliyinin artırılması, hiperpiqment ləkələrin müalicəsi, çapıqların, yanıqların, Akne sonrası çapıqların, Sellulitin müalicəsində, və s. geniş istifadə edilir. Kosmetoloq qeyd edib ki, "vampir maskası" cərrahiyəsiz kosmetologiyada əvəzolunmazdır:

"Plastik əməliyyatlar sonrası dərinin bərpası üçün də tətbiq edilir. Trixologiya sahəsində baş dərisinin qidalanmasını yaxşılaşdırmaq, tüklərin uzanmasını stimullaşdirmaq məqsədi ilə geniş istifadə olunur.

Dəri növündən və problemdən asılı olaraq prosedur zamanı istifadə olunan preparatlar mikro iynələrin açdığı mikro kanalcıqlar dərinin daha dərin qatlarına təmas edir.

Mikro iynələrin açdığı kanallar bir neçə saat ərzində özünü bərpa edir və bu da öz növbəsində dəriyə infeksiya düşməsini minimuma endirir", -deyə Məmmədova vurğulayıb.

Kosmetoloq prosedurun hansı ardıcıllıqla aparılmasından da bəhs edib:

"Üzün təmizlənməsi

Anestetik krem çəkilməsi

Dezinfeksiya

Mezopreparatların çəkilməsi

Dermapenlə işləmə.

Mikronidlinqdən sonra üzdə 3-4 gün qızartı olur. Sonra yüngül qabıqlanma olur. Prosedur 15 gün fasilə ilə tətbiq olunur . İstifadə olunan iynəli başlıqlar steril paketden her pasiyent üçün individual olaraq açılır".


Saglamolun.Az

.
loading...
.

loading...
.

HƏKİMLƏR

Naibə Həsənova

Naibə Həsənova

Ginekologiya

Cərrah, mama-ginekoloq İş stajı - 13 il

Ətraflı...
Sevinc Musayeva

Sevinc Musayeva

USM

Həkim-radioloq (USM) İş stajı - 7 il

Ətraflı...
Vəfa Paşazadə

Vəfa Paşazadə

Dietologiya

Ümumi cərrah, bariatric dietoloq, sağlam qidalanma üzrə mütəxəssis. İş stajı -...

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика