Duşdakı bu böyük təhlükədən xəbəriniz varmı?

Bir çox adam bilmir ki, bakteriyalar xüsusən çox su olan yerdə yaşayır və törəyir.

Publika.az bildirir ki, yeni tədqiqatlara əsasən duşda toplanan bakteriyalar böyük təhlükə saçır. Bu mikroskopik orqanizmlərin əksəriyyəti zərərsiz olsa da, bəzi mikrobakteriyalar ağır ağciyər infeksiyalarına səbəb olur.

Mikrobakteriyalar suda inkişaf edən ən geniş yayılmış bakteriyalardır. Bu barədə daha ətraflı məlumat əldə etmək üçün tədqiqatçılar Birləşmiş Ştatlardan və Avropanın 13 ölkəsindən olan 650 nəfər arasında araşdırma aparıb.

Alimlər xüsusi vasitələrlə təmizlənmiş duşları nəzərdən keçirib. Onlar aşkar ediblər ki, mikrobakteriyalar Birləşmiş Ştatlarda, şəhər evlərində daha çox rast gəlinir. Nə qədər qəribə olsa da, xlorla dezinfeksiya olunmuş duşlarda çox sayda mikobakteriyalar aşkar edilib.

İsti hamamda su buxarına məruz qaldıqda mikrobakteriyalar aerozol halına gəlir və nəticədə ağciyər xəstəliyinin yaranmasından məsul ola bilər. ”Duşunuzda "maraqlı” mikrob dünyası inkişaf edir və hər dəfəçiməndə siz onun təsirinə məruz qalırsınız. Bu mikrobların əksəriyyəti zərərsizdir, lakin onlardan bəziləri təhlükəlidir və bu tip araşdırmalar bizə başa düşməyə kömək edir ki, su sistemlərini təmizləyən santexnika materialları mikrobların tərkibini dəyişə bilər”, – deyə tədqiqatçı Noa Fier bildirib.

Daha çox mikrobakteriya əsasən metal duşlarda aşkarlanıb, nəinki plastik. Sadə və çox effektiv təmizlənmə üçün bir neçə üsul təklif edirik.

1. Dəliklərin tutulduğu hissəyə bir qədər peroksid töküb gözləyin, sonra isə su ilə yuyun.

2. Duşu daha bir sadə üsulla təmizləmək olar. Bunun üçün paketi su, duz və sirkə ilə doldurun. Sonra duşu paketin içinə qoyub bağlı halda saxlayın. Bir neçə dəqiqə sonra paketini çıxardın. Təmizlənmiş duş işıq saçacaq.

Saglamolun.Az

............




Загрузка...
Загрузка...
loading...

 

 

Panangin - Ürək üçün qidalanma
Загрузка...

HƏKİMLƏR

Rauf Sadıqov

Rauf Sadıqov

Neyrocərrahiyyə

Beyin ve omur ilik cərrahiyyəsi (neyrocərrah) İş stajı - 14 il

Ətraflı...
Azər Şamilov

Azər Şamilov

Dermatologiya

Dermatoloq-kosmetoloq İş stajı: 14 il

Ətraflı...
Həcər Hüseynova

Həcər Hüseynova

Ginekologiya

Mama-ginekoloq Əmək stajı - 11 il

Ətraflı...

 


Яндекс.Метрика