7 APREL - ÜMUMDÜNYA SAĞLAMLIQ GÜNÜDÜR
Bu ilki Ümumdünya Sağlamlıq Gününün mövzusu ana və yeni doğulanların sağlamlığının vacibliyini vurğulayır və “Sağlam başlanğıc, ümidli gələcək” şüarı ilə qeyd edilir.
Hər il yüz minlərlə qadın hamiləlik və ya doğuş zamanı yaranan fəsadlar səbəbindən həyatını itirir. Bu, hər iki dəqiqədən bir vaxtında və doğru müdaxilə olarsa, qarşısı alına bilən 1 ölüm deməkdir. Ölü doğulan və ya həyatının ilk ayında ölən körpələrin sayını əlavə etsək bu, hər 7 saniyədə bir qarşısı alına bilən ölüm deməkdir.
Bu sözləri ÜST-nin Cinsi və Reproduktiv Sağlamlıq və Tədqiqatlar Departamentinin direktoru Dr Paskaly Allotey deyib.
Dr Paskaly Allotey bildirib ki, Lancet Global Health-də dərc olunan yeni araşdırmaya əsasən ağır qanaxma və preeklampsi kimi hipertansif pozuntuların ana ölümünün əsas səbəbi olduğu təsdiqlənib. Bu ölümlərin qarşısı alına bilər, lakin təəssüf ki, hamiləlik və doğuş zamanı həyat qurtaran müalicələr bir çox qadın üçün əlçatan deyil.
ÜST-ün tədqiqatı həmçinin göstərir ki, sadəcə savadlı həkimlər deyil, təlim keçmiş peşəkar tibb bacıları doğru və zamanında müdaxilə ilə minlərlə həm ana, həm də körpə ölümünün qarşısını ala bilərlər. Bundan əlavə, səyyar klinikalar, fövqəladə hallarda hərtərəfli cinsi və reproduktiv sağlamlıq xidmətlərinə çıxışın təmin edilməsi də itki saylarının azalmasına səbəb ola bilər, deyə ÜST-nin Cinsi və Reproduktiv Sağlamlıq və Tədqiqatlar Departamentinin direktoru Dr Paskaly Allotey vurğulayıb.
Saglamolun.Az