Əfsanəvi Vişnevskiy mazı. Yara, xora, yanıq zamanı vazkeçilməz ucuz vasitə

Vişnevskiya mazı 1927-ci ildə adından bəlli olduğu kimi məşhur sovet cərrahı Aleksandr Vişnevskiy tərəfindən hazırlanıb.

Saglamolun.az bildirir ki, antibiotiklərin hələ icad olunmadığı dövrdə bu vasitə bir çox insanların həyatını xilas edib.

Müasir tibb Vişnevskiy mazını “effektliyi sübut olunmamış preparat” hesab edir. Lakin bizim fikrimizə görə bu çox böyük haqsızlıqdır.  

Vişnevskiy mazı öz effektivliyini hələ 2-ci Dünya Müharibəsi zamanı sübut edib. Təsəvvür edin ki, bu maz müharibə zamanı güllə, qəlpə və s. ağır travmatik yaraların müalicəsində istifadə olunan demək olar yeganə vasitə idi. Antibiotiklər yalnız müharibənin sonunda istehsal olunmağa başlayıb. Bununla belə yaralananların 70%-i müalicə olunub yenidən Vətəni müdafiə etməyə qayıdırdılar. Müharibə şəraitini nəzərə alsaq bunu fantastik nəticə hesab etmək olar.

Vişnevskiy mazının tərkibində tozağacı qətranı, kseroform və gənəgərçək yağı var. Heç bir toksiki təsiri olmayan bu maz çox yaxşı antiseptik (mikrob əleyhinə) xüsusiyyətlərə malikdir və hətta indi uğurla istifadə olunur.

Vişnevskiy mazı yara, yanıq, dəridə irinləmə, absess, furunkul, tromboflebit , trofiki xoralar, psoriaz zamanı ən ucuz və çox effektli vasitədir. Maz yarada mikrobları öldürür, sağalma proseslərini sürətləndirir.

Maz zədələnmiş dəriyə nazik qatla çəkilir, üzərinə sarıq qoyulur. Maz selikli qişalarda, cinsi orqanlarda istifadə olunmur.

Saglamolun.Az




loading...

Uşaqlarda QIZDIRMA ilə bağlı BÜTÜN SUALLARA ən dolğun cavablar

 

 

 

 
loading...

HƏKİMLƏR

Könül Hənifəyeva

Könül Hənifəyeva

Onkoginekologiya

Onkoginekoloq, mammoloq İş stajı - 28 il

Ətraflı...
Gövhər Novruzova

Gövhər Novruzova

USM

Radioloq İş stajı – 3 il

Ətraflı...
Kəmalə Rəhimova

Kəmalə Rəhimova

Mammologiya

Mammoloq-onkoloq İş stajı - 10 il

Ətraflı...

 


Яндекс.Метрика