2030-CU İLƏ QƏDƏR QOCALMANIN QARŞISI ALINACAQ
ABŞ-ın aparıcı alim və futuristləri bildirirlər ki, 2030-cu ilə qədər texnologiyaların sürətli inkişafı sayəsində insanların qocalma prosesini dayandırmaq və ömrünü əhəmiyyətli dərəcədə uzatmaq mümkün olacaq.
Bu inqilabi dəyişikliyin mərkəzində süni intellekt, gen mühəndisliyi və nanoteknologiyanın güclü vəhdəti dayanır. Alimlər gələcəkdə Sİ ilə idarə olunan mikroskopik nanorobotların insan orqanizmində hərəkət edərək hüceyrələri bərpa edəcəyini, xəstəlikləri erkən mərhələdə müəyyən edib aradan qaldıracağını və maddələr mübadiləsini dəqiqliklə tənzimləyəcəyini proqnozlaşdırırlar.
Hazırda bu texnologiyalar artıq inkişaf etdirilməkdədir və mütəxəssislər qeyd edirlər ki, irəliləyiş gözləniləndən daha sürətlə gedir. Bu isə o deməkdir ki, bəşəriyyətin "əbədi həyat" arzusu reallığa çevrilə bilər.
Saglamolun.Az