18 illik övlad həsrətinə süni intellekt son qoydu

 

KÖRPƏ DEKABRDA DOĞULACAQ
Cütlük uşaq sahibi olmaq ümidi ilə dünyanın müxtəlif yerlərindəki süni mayalanma mərkəzlərinə baş çəkərək, bir neçə dəfə in vitro mayalanmadan (IVF) keçib, lakin nəticə almayıb.
Bu cəhdlərin uğursuzluğunun səbəbi isə kişinin azospermiya, yəni kişi sonsuzluğuna səbəb ola biləcək nadir diaqnoz olub.
Xəstəlikdə sperma sayı o qədər az olur ki, hətta saatlarla mikroskop altında diqqətlə araşdırıldıqdan sonra belə, tapılmır.
Beləliklə, məxfiliklərini qorumaq üçün anonim qalmaq istəyən cütlük yeni bir yanaşma sınamaq üçün Kolumbiya Universitetinin Reproduktiv Tibb Mərkəzinə müraciət edib.
Süni intellektlə icra edilən STAR metodu ilə kişilərdə gizli toxum müəyyən edilir. Analiz nümunələrini universitetə təqdim etdikdən sonra süni intellekt üç gizli toxum aşkar edib.
Beləliklə, STAR metodundan istifadə edərək əldə edilən ilk uğurlu nəticə olub. Körpə dekabrda doğulacaq. Valideynlərinin sevincinin həddi-hüdudu yoxdur, deyə metod yaradıcıları bildirib.

Saglamolun.Az