SEVİMLİ FƏALİYYƏTİ ARZULAMAQ HƏZZ VERİRMİŞ
Çikaqo Universitetindən olan amerikalı psixoloqlar insanların niyə ən çox arzuladıqları işi ertələdiyini araşdırıblar. “PNAS Nexus” elmi jurnalında dərc olunan məqalədə sorğuların nəticələri yayınlanıb. Respondentlər xoşlarına gələn fəaliyyəti bilərəkdən uzatdıqlarını və zaman intervalı nə qədər çox olsa, bir o qədər böyük həzz aldıqlarını bildirib.
"İnsanlar şüuraltı olaraq xoşlarına gələni etmək üçün o xüsusi, "mükəmməl anı" gözləyirlər. Bu, bəzən qorxu və ya tənbəllikdən deyil, əksinə, arzu edilən fəaliuyyətin həzzini daha qabarıq yaşamaq üçün edilir, deyə tədqiqat müəllifləri izah ediblər.
Alimlər qeyd ediblər ki, amma məsələ burasındadır ki, bəzən həmin gözlənilən “doğru an” heç vaxt gəlmir. Nəticə etivbari iləinsanlar həyatlarını arzuladıqlarını gözləməyin həzzi ilə keçirir. “Kim deyə bilər ki, gözləmək, arzu elədiyini yaşamaqdan daha az sevindirir?”, deyə ritorik sual yaranır. Bəs sizin etmək istədiyiniz, amma ertələdiyiniz işlər, arzular varmı?
Saglamolun.Az