Ər arvad ayrı otaqlarda yatmalıdır


MÜTƏXƏSSİS AÇIQLAYIR
Yuxu qadın və kişi orqanizminə fərqli təsir edir. Rusiyalı yuxu və endokrinologiya üzrə mütəxəssis Darya Lebedevanın sözlərinə görə, qadınların tam dincəlməsi üçün kişilərlə müqayisədə 20-30 dəqiqə daha artıq yuxuya ehtiyacı var.
Mütəxəssis bildirib ki, qadın beyninin daha mürəkkəb fəaliyyəti və hormonal dəyişikliklər səbəbilə onların yuxudan bərpa prosesi daha uzun çəkir. Keyfiyyətli yuxu qadınlarda dəri sağlamlığı və hormonal balans üçün mühüm rol oynayır. Yuxu pozuntuları isə erkən qocalma, hormonal disbalans və dəri problemləri ilə nəticələnə bilər.
Kişilərdə isə yuxusuzluq diqqət azalması və reaksiya sürətinin zəifləməsi ilə müşahidə olunur. Xoruldama və yuxuda tənəffüs dayanması (apnoe) kişilərdə daha çox rast gəlinir ki, bu da ürək-damar xəstəlikləri və şəkərli diabet riskini artırır.
Darya Lebedeva cütlüklərə tövsiyə edir ki, əgər yuxu rejimlərində fərqlilik və ya narahatlıq varsa, ayrı yatmaqdan çəkinməsinlər. Onun sözlərinə görə, bu həm sağlamlıq, həm də yuxunun keyfiyyəti baxımından vacib addımdır.

Saglamolun.Az