MÜTƏXƏSSİSLƏR XƏBƏRDARLIQ EDİR
Yay fəslində qarpıza tələbat artdığı dövrdə, mütəxəssislər istehlakçılara vacib xəbərdarlıq edib. Qarpızı çirkli, qapalı su hövzələrində soyutmaq ciddi sağlamlıq problemlərinə səbəb olur. Bu cür hərəkət, meyvənin qabığında patogen mikroorqanizmlərin və çirklərin yığılmasına və hətta meyvənin daxilinə keçməsinə yol aça bilər.
Çirkli suda çoxsaylı bakteriyalar, viruslar və digər zərərli mikroorqanizmlər mövcuddur. Qarpız bu suya atıldıqda, onların hamısı meyvənin səthinə yapışır. Əgər qabığında kiçik çatlar və ya zədələr varsa, mikroorqanizmlərin içəri keçməsi daha da asanlaşır. Bu cür çirklənmə nəticəsində meyvəni yeyən şəxslərdə qida zəhərlənməsi, bağırsaq infeksiyaları və digər xəstəliklər meydana gəlir. Xüsusilə uşaqlar bu cür infeksiyalara qarşı daha həssasdır və onların orqanizmləri belə mikroorqanizmlərə qarşı zəif müdafiə olunur, deyə xəbərdarlıqda bildirilir.
Saglamolun.Az