Qadınlara 3 gün menstruasiya məzuniyyəti veriləcək


QƏRAR BU AYDAN ETİBARƏN QÜVVƏDƏDİR
İsveçrənin Fribourg (Freiburg) şəhər bələdiyyəsi qadın əməkdaşları üçün yeni və mühüm bir qərar qəbul edib. Belə ki, bu aydan etibarən güclü menstruasiya (regl) ağrıları yaşayan qadınlar ayda 3 günədək tam maaşlı və həkim arayışı tələb olunmadan ödənişli məzuniyyət götürə biləcək.
Bu qərar şəhər bələdiyyəsində çalışan qadınların sağlamlıq və rifahını ön planda tutmağı hədəfləyir. Menstruasiya zamanı qadınların yaşadığı fiziki narahatlıqlara qarşı daha həssas yanaşmaq və iş yerində bərabərliyi təşviq etmək də əsas məqsədlərdəndir. Bu cür sosial yönümlü addım həm də digər şəhər və təşkilatlar üçün nümunə ola bilər.
Qeyd edək ki, Fribourg Bələdiyyəsi bu təşəbbüsü ilə İsveçrədə menstruasiya icazəsi təqdim edən nadir dövlət qurumlarından biri olub.

Saglamolun.Az