Burada yaşayan kişilər sağlam və uzunömürlüdür

 

GÜCLÜ SOSİAL ƏLAQƏLƏR ƏHƏMİYYƏTLİDİR

Elmi araşdırmalar göstərir ki, dünyanın ən sağlam və uzunömürlü kişiləri İtaliyanın Sardiniya adasında yaşayır. Bu nəticəyə “Sardiniya adasında uzunömürlülük ilə xarakterizə olunan coğrafi ərazinin müəyyən edilməsi” adlı elmi tədqiqat gəlib. Araşdırma “Experimental Gerontology” jurnalında dərc olunub və bölgədə 1880 ildən sonra doğulan kişilər arasında aparılıb.

Tədqiqatda “Extremal Uzunömürlülük İndeksi” (ELI) istifadə olunaraq, Sardiniyanın Nuoro bölgəsində yüz yaşlı kişi sayı hesablanıb. Məlum olub ki, bu dağ kəndlərində kişilər arasında centenarian (100 yaş və üzəri) faizi dünyanın digər bölgələri ilə müqayisədə daha yüksəkdir.

Mütəxəssislər uzun və sağlam ömrü genetika, fiziki aktiv həyat tərzi, təbii qidalanma və güclü sosial əlaqələrlə izah edirlər. Sardiniyalı kişilərdə ürək-damar, xərçəng və demans kimi xəstəliklərin daha az rast gəlinməsi də bu bölgəni fərqləndirir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və “Global Burden of Disease” araşdırmasının nəticələrinə görə, dünyanın ən qısa ömürlü kişiləri Afrika ölkəsi olan Çaddda yaşayır. Son statistikaya əsasən, burada kişilərin orta ömür uzunluğu cəmi 53 il təşkil edir. Bu göstərici dünya üzrə ən aşağı göstəricilərdən biridir.

Saglamolun.Az