TELEFONLA AYAQYOLUNDA OTURMAQDAN İFLİC OLDU
MÜASİR VƏRDİŞLƏRİN TƏHLÜKƏSİ
Çində qeyri-adi hadisə baş verib. Kişi ayaqyolunda telefonla 30 dəqiqə vaxt keçirdikdən sonra iflic olub. Həkimlərin verdiyi məlumata görə, uzun müddət belin əyilmiş vəziyyətdə qalması onurğa beyni qan dövranının zəifləməsinə və həyati vacib olan sinirlərə təzyiq göstərilməsinə səbəb olub. Bu halda ehtimal olunur ki, oturaq vəziyyətdə uzun müddət qalmaq onurğada işemiyaya, yəni qan çatışmazlığına səbəb olub. Bu da çox zaman “at quyruğu sindromu” kimi tanınan ciddi nevroloji pozuntunun yaranmasına səbəb olur. Bu sindrom müalicə olunmadıqda daimi iflic və sidik-ifraz problemlərinə yol aça bilər.
Mütəxəssislər xəbərdarlıq edir ki, bu kimi müasir texnoloji vərdişlər, xüsusilə də mobil telefonlardan istifadə zamanı uzun müddət tualetdə oturmaq – insan sağlamlığı üçün təhlükə yarada bilər. Tövsiyələrə görə, ayaqyolunda ekran qarşısında keçirdiyiniz vaxtı məhdudlaşdırmaq, düzgün oturuş qaydalarına riayət etmək və sağlam duruşu qorumaq həm onurğa sağlamlığınızı, həm də ümumi nevroloji vəziyyətinizi qoruyacaq.
Saglamolun.Az