Uşaqlarını koronavirusdan qorumaq üçün illərlə gizlətdi


“KABUS UŞAQLAR”IN ÖZ ÜNSİYYƏT DİLİ VAR
İtaliyanın Turin şəhəri yaxınlığındakı Lauriano qəsəbəsində hüquq-mühafizə orqanları yarımuçuq vəziyyətdə olan bir fermada 9 yaşlı oğlan və onun 7 yaşlı bacısını aşkarlayıb. Onlar illərdir cəmiyyətdən təcrid olunmuş vəziyyətdə yaşayıblar.
Hadisə bölgəni su basması təhlükəsi səbəbilə həyata keçirilən təxliyə zamanı baş verib. Aşkarlanan uşaqların heç vaxt həkimə, məktəbə getmədiyi və heç bir sosial mühitdə iştirak etmədiyi ortaya çıxıb.
İtaliya mediasında insanlardan uzaqda böyüyən balacalara "kabus uşaqlar" adı verilib.
Uşaqların atası - 54 yaşlı hollandiyalı heykəltəraş - onları cəmiyyətdən təcrid etməsinin səbəbini infeksiya qorxusu, o cümlədən koronavirusdan qorumaq məqsədilə etdiyini deyib. Uşaqların anası onlarla yaşamır və onların taleyi ilə maraqlanmır.
Hazırda qardaş və bacı İtaliya sosial xidmətləri tərəfindən mühafizəyə götürülüb. Onlar üçün himayədar ailə axtarılır.

Saglamolun.Az