YENİ ARAŞDIRMA SÜBUT ETDİ
ABŞ-ın Nyu-York şəhərindəki Cold Spring Harbor Laboratoriyasının alimləri xroniki stresin xərçəngin yayılmasını sürətləndirdiyini müəyyən edib. Tədqiqat “Cancer Cell” jurnalında dərc olunub.
Araşdırma nəticələrinə görə, stres altında olan orqanizmdə "neytrofillər" adlı ağ qan hüceyrələri yapışqan torabənzər strukturlar yaradır və bu, xərçəng hüceyrələrinin toxumalara daha asan yayılmasına şərait yaradır.
Alimlər tədqiqatı süd vəzi xərçəngi olan siçanlar üzərində aparıblar. Stresə məruz qalan siçanlarda metastaz riski 2-4 dəfə artıb. Həmçinin stres hormonunun – kortikosteronun – immun hüceyrələrin sayını azaltdığı, xərçəngin ağciyərlərə yayılmasını asanlaşdırdığı müşahidə olunub.
Alimlər stressin idarə olunmasının xərçəngin yayılmasına qarşı mübarizədə vacib rol oynaya biləcəyini vurğulayırlar.
Saglamolun.Az