“Colgate” diş pastasının satşına qadağa qoyuldu

AĞIZ BOŞLUĞUNDA YANMA HİSSI, AĞRI, ŞIŞ, YARALAR


Argentinada məşhur “Colgate” markasının diş pastasının istifadəsinə qadağa qoyulub.

“Colgate Total” seriyasına aid məhsul, çoxsaylı şikayətlərə görə ölkənin Milli Dərman, Ərzaq və Tibbi Vasitələrə Nəzarət İdarəsi tərəfindən satışdan yığışdırılıb.
Rəsmi məlumata görə, bu qərara səbəb, məhsuldan istifadə edən şəxslərdən gələn 19 ciddi şikayətin qeydə alınması olub.

İstifadəçilər ağız boşluğunda yaranan yanma hissi, ağrı, şiş, yaralar və qabarcıqlar kimi xoşagəlməz, təhlükəli əlamətlər barədə məlumat verib.

Qurumun açıqlamasında qeyd olunub ki, məhsulun heç bir müalicəvi təsiri yoxdur və bu cür güclü reaksiyalar normal qəbul edilə bilməz.
Bundan əlavə rəsmi qurum, məhsulun yalnız satışına deyil, eyni zamanda istifadəsinə və reklamına da qadağa qoyub.

Qeyd edək ki, bu, “Colgate” markasının ilə bağlı ilk hadisə deyil.

Eyni məhsul daha əvvəl Braziliyada da ciddi narahatlıq yaradıb.

Orada 11 mindən çox şikayət qeydə alınıb və məhsul satışdan çıxarılıb.

Bu hadisələrdən sonra Rusiya da məsələni nəzarətə götürüb.
Hazırda şirkətindən bu məsələyə dair rəsmi açıqlama gözlənilir.

Autizm Spektr Pozuntusu olan uşaqlara xüsusi dəstək

 Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi”ndə ÖDƏNİŞSİZ İLK KONSULTASİYA

Autizm Spektr Pozuntusu (ASP) son illərdə bütün dünyada, o cümlədən Azərbaycanda da sürətlə yayılan nevroinkişaf pozuntularından biridir. Bu diaqnozla üzləşən ailələr tez-tez "Nə etməliyik?", "Daha hansı müalicə yolları mövcuddur?", "Uşağımın potensialını necə aça bilərik?" kimi suallarla qarşılaşırlar.
Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi olaraq biz, bu suallara cavab tapmaq və ailələrə dəstək olmaq üçün xüsusi təşəbbüsə start verdik.
👩‍⚕️ Uzm. Dr. Lalə Nəsirova-dan ÖDƏNİŞSİZ İLK KONSULTASİYA
Uzman pediatr, uşaq sağlamlığı sahəsində geniş təcrübəyə malik və İnteqrativ Tibb üzrə ixtisaslaşmış Dr. Lalə Nəsirova tərəfindən ASP diaqnozu almış uşaqlar üçün ilkin konsultasiya tamamilə ödənişsiz həyata keçirilir.
Bu konsultasiya kimlər üçündür?
• Uşağına Autizm Spektr Pozuntusu diaqnozu qoyulmuş, lakin inteqrativ tibb yanaşmasını araşdırmaq istəyən valideynlər
• Autizmə bənzər davranışlar müşahidə edən və ilkin qiymətləndirmə üçün mütəxəssisə müraciət etmək istəyən ailələr
• İnkişaf ləngimələri, sensor problemlər, sosial çətinliklər və ya nitq pozuntuları yaşayan uşaqların valideynləri

🧩 Konsultasiyada sizi nələr gözləyir?
🔍 İlkin Dəyərləndirmə:
Uşağınızın inkişaf səviyyəsi, davranışları və əsas narahatlıqları Dr. Lalə xanım tərəfindən analiz olunur. Bu ilkin qiymətləndirmə gələcək müalicə planı üçün əsas istiqamətləri müəyyənləşdirəcək.
💡 İnteqrativ Tibb Yanaşması haqqında məlumat:
Valideynlər autizmin klassik nevroloji yanaşmadan fərqli olaraq, funksional və bütüncül baxışla necə müalicə olunduğunu öyrənəcəklər. Bağırsaq beyin oxu, mikronutrient balansı, immun sistem yüklənməsi və qida həssaslıqları kimi mövzular ətraflı izah ediləcək.
❓ Sual-Cavab və Dəstək:
Ailələr birbaşa mütəxəssisdən suallarına cavab alacaq, həmçinin uşağın gələcək inkişafı üçün atılacaq addımlar barədə aydın istiqamətlər əldə edəcəklər.

Niyə Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi?
Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi Azərbaycanda ilk dəfə olaraq, autizmli uşaqlar üçün inteqrativ tibbi yanaşmaları praktik olaraq tətbiq edən ixtisaslaşmış mərkəzdir. Burada hər bir uşağın fərdi ehtiyaclarına uyğun müalicə proqramı hazırlanır və ən müasir laborator analizlər, toksin yüklənməsi dəyərləndirmələri, qida planları və psixoloji dəstək xidmətləri ilə kompleks bir yanaşma təqdim olunur.

🌍 Ünvan və Əlaqə:
📍 Ünvan: Seyid Cəfər Pişəvari küçəsi 110 (Memar Əcəmi metrosunun yaxınlığı)
📞 Əlaqə nömrəsi: 050 430 89 89
📆 Konsultasiya üçün öncədən qeydiyyat mütləqdir.

Gəlin, birlikdə dəyişiklik yaradaq!
Uşağınız üçün fərdi yanaşma ilə daha sağlam və ümidverici bir gələcək qurmaq mümkündür. Bu ilk görüş, bəlkə də uzun və uğurlu bir müalicə yolunun başlanğıcı olacaq.
Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzində sizi və balacanızı səmimiyyətlə qarşılamağa hazırıq.

Üzdükcə yanan kaloriləri hesablayan eynək istehsal edilib


CIZIQLARA VƏ ŞÜŞƏ TƏRLƏMƏSİNƏ DAVAMLIDIR
Cihaz daxili başlıq ekranı vasitəsilə real vaxt rejimində əsas göstəriciləri göstərir. Eynəklər həm hovuzda, həm də açıq suda ürək döyüntüsünü, tempi, vuruş tezliyini və sayını, yandırılan kaloriləri və digər parametrləri qeyd edir. Yeni versiyada cızıqlara və şüşə tərləməsinə davamlı Gorilla Glass istifadə olunur.
Cihaz 14 saata qədər avtonom işləyir, 10 dəqiqəlik sürətli şarj, 2 saat istifadə imkanı verir. Eynəklər Garmin və Apple Watch ilə uyğun gəlir və məlumatlar Strava ilə sinxronlaşdırıla bilər.
Bundan əlavə, inkişaf etmiş funksiyaları olan mobil proqrama abunə təklif olunur: GPS olmadan naviqasiya, təlim planlarının transformasiyası və texnikanın təhlili. Əsas versiyanın qiyməti 279 dollar, Pro versiyası 329 dollardır. Qabaqcıl funksiyalara abunəlik ayda 15 dollara və ya ildə 99 dollara başa gəlir.

Qadınları cəlb etmək üçün 24 sm uzandı


“DEPRESSİYADAN ÇIXMAQ VƏ SEVİLMƏK İSTƏYİRDİM”
Almaniyada 23 yaşlı gənc kişi görünüşü və xüsusilə boyu ilə bağlı yaşadığı komplekslərə qalib gəlmək üçün ağrılı və bahalı yola əl atıb. Onun sözlərinə görə, 171 sm boyu səbəbindən qadınlar onunla münasibət qurmaq istəməyib, bu isə depressiyaya səbəb olub. Gənc kişi özünəinamını geri qazanmaq və qadınlarla münasibət qura bilmək ümidi ilə boy uzatma əməliyyatı etdirib. Prosedur zamanı onun ayaq sümükləri 2 dəfə qırılıb, ayaqlarına xüsusi implantlar yerləşdirilib. 1 il o, ağrılarla mübarizə apararaq, əsa ilə gəzmək məcburiyyətində qalıb. Gənc kişi gecələr yuxusuzluqdan əziyyət çəkib. Bu addım ona təxminən 200 min avroya, təxminən 396 000 manata başa gəlib. Əməliyyat nəticəsində onun boyu 24 sm artaraq 195 sm-ə çatıb.
Məlumatlara görə, bu cür əməliyyatlara maraq artmaqdadır. Klinikaların açıqlamasına əsasən, son illərdə boy uzatma əməliyyatlarına müraciət edən kişilərin sayı xeyli artıb. Mütəxəssislər bildirirlər ki, bu cür əməliyyatlar yalnız estetik deyil, psixoloji səbəblərlə də həyata keçirilir.

Milçəklər quş qripini yayır


ALİMLƏRDƏN XƏBƏRDARLIQ
ABŞ-ın Corc Meyson Universitetinin aparıcı mikrobioloqu professor Ança Baranova bildirib ki, adi milçəklər H5N1 quş qripi virusunu ayaqlarında daşıya bilir. Bu, virusun fermalarda daha geniş yayılmasına və nəticədə insanlara keçmə riskinin artmasına səbəb ola bilər.
Amerikalı tədqiqatçılar hesab edir ki, milçəklər virusa yoluxmuş inəklərin nəcisindən, südündən və ya yaralı toxumalardan virusu “götürə” bilər. Milçəklərin virusu insanlara yoluxdura və ya virus onların içində çoxala biləcəyi sübut olunmasa da, bu, biotəhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün ciddi səbəbdir.
H5N1Quş qripinin insan üçün ölüm faizi yüksəkdir. Virus sürətlə mutasiya edir, artıq inəklər və pişiklər də yoluxub. Amerikada pandemiya riski artır – əgər virus insanlar arasında ötürülməyə başlasa, ciddi fəsadlara səbəb ola bilər. ABŞ-da son yarım ildə onlarla mal-qara fermasında yoluxma halları qeydə alınıb.
Əgər milçəklər virusun daşıyıcısına çevriləndə, fermerlər birbaşa risk altına düşə bilər. Milçəyin toxunduğu səthlərlə təmasda olan insanlar, virusu göz, ağız və ya burun selikli qişaları vasitəsilə qəbul edə bilər.

İşə getmək istəməyən insanlar üçün klinika açılıb


GÜCSÜZLÜYÜN SƏBƏBİ MÜƏYYƏN OLUNUR
Çinin Hebey əyalətində işə getmək istəməyən insanlar üçün xüsusi klinika açılıb. Bu barədə Çin mətbuatı məlumat yayıb.
Klinikanın rəhbəri Yue Limingin sözlərinə görə, böyüklər üçün belə bir müalicə müəssisəsi açmaq ideyası, əvvəllər uşaqlar üçün yaradılmış və "Məktəbə getmək istəmirəm" adlandırılan klinikadan sonra yaranıb.
Yeni klinikada həkimlər pasiyentlərin ruhi və fiziki gücsüzlüyünün səbəbini müəyyən etməyə çalışır, fərdi müalicə üsulları tətbiq edirlər. Onlara dəstək göstərilir və işə qayıtmaq üçün motivasiya verilir.
Bu təşəbbüs, Çində gənclər arasında artan psixoloji yorğunluq və motivasiya çatışmazlığı nəticəsində reallaşdırılıb.

Elektron siqaretlər dəri xəstəliyi risikini artırır


İNQİLABİ ADDIM
Alimlərdən Daun sindromunun müalicəsində inqilabi addım.
Yaponiyanın Mie Universitetindən olan alimlər Daun sindromuna səbəb olan artıq 21-ci xromosomanı hüceyrələrdən silmək üçün yeni üsul hazırlayıb. Onlar Gen redaktəsi texnologiyası ilə artıq xromosomu hədəfləyərək hüceyrədən uğurla çıxarıb. Bu üsul 37,5% hallarda effektiv olub və genlərin fəaliyyəti normal hala qayıdıb.
Tədqiqat genetik xəstəliklərin əsas səbəbi olan artıq və ya zədələnmiş xromosomaların hüceyrələrdən çıxarılması və ya düzəldilməsi üsulunun inkişafında mühüm addım sayılır. Gələcəkdə bu metodun tətbiqi Daun sindromlu insanlarda yaranan fəsadların qarşısını almağa və onların həyat keyfiyyətini yaxşılaşdırmağa imkan verə bilər.

Alimlər daun sindromuna səbəb olan artıq xromosomu silməyi bacarıb


İNQİLABİ ADDIM
Alimlərdən Daun sindromunun müalicəsində inqilabi addım.
Yaponiyanın Mie Universitetindən olan alimlər Daun sindromuna səbəb olan artıq 21-ci xromosomanı hüceyrələrdən silmək üçün yeni üsul hazırlayıb. Onlar Gen redaktəsi texnologiyası ilə artıq xromosomu hədəfləyərək hüceyrədən uğurla çıxarıb. Bu üsul 37,5% hallarda effektiv olub və genlərin fəaliyyəti normal hala qayıdıb.
Tədqiqat genetik xəstəliklərin əsas səbəbi olan artıq və ya zədələnmiş xromosomaların hüceyrələrdən çıxarılması və ya düzəldilməsi üsulunun inkişafında mühüm addım sayılır. Gələcəkdə bu metodun tətbiqi Daun sindromlu insanlarda yaranan fəsadların qarşısını almağa və onların həyat keyfiyyətini yaxşılaşdırmağa imkan verə bilər.

Ağrı hiss etməyənlər , alimlər sizi axtarır

TİBBDƏ MARAQLI HADİSƏ
Şotlandiyada həkimlər xəstəni ağrıya qarşı qoruyan genetic mutasiya aşkar ediblər. 65 yaşlı qadın artroz diaqnozu ilə klinikaya gəlib və o, ümumi anesteziya altında əl oynaqlarından planlı əməliyyat olunub. Reabilitasiya dövründə xəstənin ağrıkəsicilərə ehtiyacı olmayıb. Halbuki əməliyyat sonrası güclü ağrılar olmalı imiş
Həkimlər qadından əvvəlki xəstəlikləri barədə soruşduqdan sonra onun artıq eyni üsulla bir neçə əməliyyat keçirdiyini və hətta dişlərini narkozsuz müalicə etdiyini öyrəniblər. Ancaq nədənsə, nə onun əvvəlki həkimləri, nə də özü buna diqqət etməyib.
Tədqiqatçılar qadının genomunda ağrıya qarşı həssaslıqla əlaqəli nadir mutasiya aşkar ediblər. Hazırda elm adamları oxşar mutasiyaya malik insanlar üçün genetik məlumat bazalarını axtarmağa başlayıb və Kolumbiyada ən azı bir belə insan tapdılar. Siz də ağrı hiss etmirsinizsə, araşdırmada könüllü ola bilərsiniz.

Insanlar niyə öpüşür ?


YENİ ARAŞDIRMA
Öpüş insanlar arasında bağlılığı gücləndirən və minilliklərdir mövcud olan sosial siqnal funksiyasını daşıyır. Maraqlıdır ki, alimlərin apardığı araşdırmaya görə, tədqiq olunan 168 mədəniyyətin yalnız 46%-ında romantik öpüş geniş yayılıb. Digər mədəniyyətlərdə isə bu vərdiş ya yoxdur, ya da bəzən xoş qarşılanmır.
Böyük Britaniyadan olan psixoloq Adriano Lameyra insanlarda öpüşmənin yaranması ilə bağlı yeni izah təqdim edib. O hesab edir ki, insanların öpüşmə vərdişi qədim insanabənzər meymunların bir-birinin tüklərindəki parazitləri təmizləmək adətindən yaranıb. Zamanla, bu vərdiş sosial bağlılıq üçün insanda öpüşmə adətinə çevrilib.
Bundan əlavə, öpüşmə zamanı bədən mayelər mübadiləsinin immunitet sistemini gücləndirdiyini bildirilir. Bu insanlarda sosial əlaqələri möhkəmləndirən qədim və çoxfunksiyalı bir davranışdır.

Məşq zamanı bal və su gücü artırır

 

ARAŞDIRMA

Bal və su qarışımı idman göstəricilərini yaxşılaşdırır.

Journal of the International Society of Sports Nutrition jurnalında dərc olunmuş son araşdırma göstərib ki, idmandan 90 dəqiqə əvvəl ballı su içmək məşq nəticələrini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. 

Araşdırmada iştirak edən və güc məşqləri ilə məşğul olan qadınlar bu içkini qəbul etdikdən sonra əzələ ağrılarının 30% azaldığını bildirib. Bu, həmin qadınların məşqdən sonra bərpa prosesini daha rahat keçirdiyini göstərir.

Bundan əlavə, bal qəbul edən qrupun xüsusilə ayaq əzələlərinin gücündə artım müşahidə olunub. Onlar ayaq presi hərəkəti zamanı daha yaxşı nəticələr göstərib. İştirakçılar həmçinin məşq zamanı və sonrasında daha az yorğunluq hiss etdiklərini və ümumi göstəricilərinin yüksəldiyini qeyd edib. Bu nəticələr balın təbii enerji mənbəyi olaraq idmançılar üçün faydalı ola biləcəyini göstərir.

İşləyən qadınlar daha xoşbəxtdir

ƏMƏK NAZİRLİYİNİN STATİSTİKASI

ABŞ Əmək Nazirliyinin statistikasına əsaslanaraq, Konnektikut Universitetindəki sosioloqlar tərəfindən aparılan araşdırmada cütlüklər həm fərdi, həm də ailə bazasında gəlirləri ilə müqayisə edildi və kişilərin ev dolandırma məsuliyyəti artdıqca xoşbəxtlik səviyyələrinin azaldığı, qadınların isə ev dolandırma məsuliyyətini nə qədər çox üzərlərinə götürsələr, xoşbəxtlik səviyyələrinin də o qədər artdığı məlum olub.

Ev dolandırma rolunu üzərinə götürən kişilər, adətən bu rolu bir məcburiyyət nəticəsində üstlənir. Bu məsuliyyətlərini yerinə yetirməyə çalışarkən özlərini güclü təzyiq altında hiss edirlər. Buna qarşılıq olaraq, qadınlar ev dolandırma məsuliyyətini üzərlərinə götürmək, evdən kənarda işləyib pul qazanmağı özləri üçün fürsət və ya seçim olaraq görür. 

“Ev dolandıraraq pul qazanan qadınlar özləri ilə qürur duyur və uğurlu olmaq hissi yaşayırlar. Onların ev dolandırma rolu zamanla zəifləsə və ya bu rolu davam etdirə bilməsələr belə, kişilərlə müqayisədə itirəcəkləri çox şey olmur” deyə araşdırma qrupu izah edib.

Susmağı çip xəbər verəcək

 

YENİ SENSOR 

 

Ostindəki Texas Universitetinin alimləri real vaxt rejimində insanın nəmlənmə səviyyəsini izləyən, geyilə bilən sensor hazırlayıblar.

Cihaz bisepslərə bərkidilir və batareya ilə işləyir. O, toxumadan zəif elektrik cərəyanını keçir və dehidrasiya ilə azalan bioimpedans adlanan müqaviməti qiymətləndirir. Məlumatlar simsiz əlaqə vasitəsilə smartfona ötürülür.

Testlər zamanı könüllülərə diuretiklər verilib, bundan sonra onların sidikinin tərkibi təhlil edilib və göstəricilər sensorun nəticələri ilə müqayisə edilib. Metodlar arasında yüksək korrelyasiya qeydə alınıb.

Tədqiqatçılar hesab edirlər ki, texnologiya təkcə idmançılar və xilasedicilər üçün deyil, həm də ürək və ya böyrək xəstəlikləri olan xəstələr üçün faydalı ola bilər. Gələcəkdə genişləndirilmiş nümunə üzərində sınaq və digər cihaz formatlarının inkişafı planlaşdırılır.

MRT nə qədər tez qocaldığınızı aşkar edə bilər

 

ALİMLƏRİN YENİ İDDİASI 

 

Yeni tədqiqat göstərib ki, beyin MRT-si insanın bütün bədəni boyu qocalma sürətini proqnozlaşdırmaq üçün istifadə edilə bilər.

Nəticələrini “Nature Aging” jurnalında dərc edən alimlər beyin MRT-lərinə əsaslanan bioloji qocalmanın etalonunu hazırlayıblar. Komanda deyir ki, alət insanın gələcək idrak qabiliyyətinin pozulması və demans, ürək xəstəliyi, fiziki zəiflik və erkən ölüm kimi xroniki xəstəliklər riskini proqnozlaşdıra bilər.

Duke Universitetinin psixologiya və nevrologiya professoru Əhməd Həriri və həmkarları 1037 nəfərin doğuşdan orta yaşa qədər izlədiyi Dunedin Araşdırmasının məlumatlarından istifadə ediblər. 1972 və 1973-cü il təvəllüdlü bu iştirakçılar ürək, beyin, qaraciyər, böyrək və s. funksiyalarını yoxlamaq üçün vaxtaşırı 19 qiymətləndirmə aparıblar.

Alətlərini inkişaf etdirmək üçün komanda 45 yaşında bu kohortdan götürülmüş beyin MRT-lərini və beynin strukturu haqqında məlumatları - müxtəlif beyin bölgələrinin həcmi və qalınlığı və ağ və boz maddənin nisbətini - maşın öyrənmə alqoritmi vasitəsilə təhlil edilib. 

Onlar işlənmiş beyin məlumatlarını eyni zamanda iştirakçılardan toplanan digər məlumatlarla, məsələn, fiziki və idrak qabiliyyətinin zəifləməsi, subyektiv sağlamlıq vəziyyəti və qırışlar kimi üzün qocalması əlamətləri ilə müqayisələndiriblər.

Qarışqalar əməliyyat edir

 

YENİ TƏDQİQAT 

Məlum olub ki, qarışqalar yaralı dostlarının ayaqlarını kəsərək infeksiyanın bütün bədənə yayılmasının qarşısını alıblar. Alimlər deyirlər ki, insandan başqa bir canlının həyatını xilas etmək üçün belə bir proseduru həyata keçirməsi ilk dəfədir məlum olur.

“IFL Science”nin yazdığına görə, əvvəlki araşdırmada müəyyən edilmişdi ki, bəzi qarışqa növləri koloniyalarındakı digər qarışqaların yaralarını tüpürcəkləri ilə müalicə edir. Eyni komanda yeni araşdırmalarında fərqli bir qarışqa növünün cərrahi müdaxilə edə biləcəyini qeyd edib.

 “Current Biology” jurnalında dərc edilən araşdırmada, Florida dülgər qarışqalarının (Camponotus floridanus) koloniyadakı yaralı dostlarının ayaqlarını kəsdiyi məlum olub. Digər tərəfdən onun yalnız bəzi nahiyələrdə yaraların amputasiyası etdiyi müşahidə edilib.

Koloniyada bud sümüyü zədələnmiş 17 qarışqadan 13-ü bu üsulla müalicə olunub. Digər tərəfdən, baldır sümüyünü zədələyənlərə amputasiya edilmədiyi, yaranın yalnız tüpürcəklə müalicə edildiyi müşahidə edilib.

Bunun səbəbini anlamayan elm adamları qarışqaları mikrokompüterli tomoqrafiya ilə daha yaxından araşdırıblar. Müşahidələr zamanı məlum olub ki, bud sümüyünün yaralarında infeksiyanın bütün bədənə yayılması ləngidiyi halda, baldır sümüyünün içində infeksiya sürətlə yayılıb.

Niyə az bilənlər daha özgüvənlidir?

 

PSİXOLOQLAR AÇIQLAYIR

Psixologiya sahəsində aparılan çoxsaylı araşdırmalar göstərir ki, aşağı səviyyədə bilik və bacarığa malik insanlar çox vaxt özlərinə həddindən artıq güvənirlər. Əksinə, həqiqətən bilikli və təcrübəli mütəxəssislər isə öz bacarıqlarını lazımınca qiymətləndirmir. Bu paradoksal vəziyyət Danning–Kryuger effekti ilə izah olunur.

Bu fenomen ilk dəfə amerikalı psixoloqlar David Danning və Justin Kruger tərəfindən müəyyən edilib. Onların fikrincə, qeyri-kompetent insanlar öz cahilliklərini dərk etmədikləri üçün bacarıqlarını olduğundan yüksək qiymətləndirir. Bu insanlar səhvlərini başa düşmək üçün zəruri biliklərə malik olmadıqlarından, özlərində problem görmür və inamlı davranırlar.

Yüksək ixtisaslı şəxslər isə əksinə, öz sahələrinin dərinliklərini daha yaxşı anlayırlar və nəyin çatışmadığını görürlər. Onlar tez-tez özlərini daha təcrübəli mütəxəssislərlə müqayisə edir, bu da özlərinə qarşı daha tənqidi yanaşma və yüksək standartlar formalaşdırır.

Psixoloqlar qeyd edirlər ki, Danning–Kryuger effekti bir sıra eksperimentlərlə sübuta yetirilib. Özünü düzgün qiymətləndirmək bacarığı — həm uğur qazanmaq, həm də öyrənmək üçün əsas şərtlərdəndir.

Tərləməni artıran qidalar hansılardır?

 

TÖVSİYYƏ

İsti havalarda tərləməni azaltmaq üçün bəzi qidalardan uzaq durmaq vacibdir. Böyük Britaniyadan loğman Abbas Kanani bu barədə "The Sun" nəşrinə danışıb.

Onun sözlərinə görə, ilk növbədə, yüksək yağ tərkibli məhsullar rasiondan maksimum dərəcədə çıxarılmalıdır. Fastfud, yağlı ət, kərə yağı və şirniyyatlar xolesterin səviyyəsini yüksəldə bilər ki, bu da qan dövranı sisteminin fəaliyyətinə mənfi təsir göstərərək daha çox tərləməyə səbəb olur. Kanani bildirib ki, isti havalarda uyğun olmayan digər məhsullar isə ədviyyatlar və kofeindir. Bu məhsullar sinir sistemini stimullaşdırır, orqanizmdə istilik istehsalını – yəni termogenezi artırır və nəticədə tərləməni gücləndirir.

Ekspert əlavə edib ki, isti günlərdə su balansını qorumaq çox vacibdir. Orqanizmin susuz qalması onun dəri səthini soyutmaq üçün daha çox enerji sərf etməsinə gətirib çıxarır və bu da əlavə tərləmə ilə nəticələnir. Bundan əlavə, o, təbii parçalardan hazırlanan boş və rahat geyimlər seçməyi məsləhət görüb.

Tətildə bərpa nə vaxt başlayır?


OPTİMAL TƏTİL MÜDDƏTİ AÇIQLANDI
Psixoloq Jessica de Bloom və onun həmkarlarının apardığı elmi araşdırmalar göstərir ki, tətilin uzunluğu insanın psixoloji və fiziki bərpasında həlledici rol oynayır.
🔹 Qısa müddətli tətillər (4–5 gün) — bu cür fasilələr insanın əhval-ruhiyyəsində və ümumi sağlamlıq göstəricilərində qısa müddətli müsbət dəyişikliklərə səbəb olsa da, bu effekt cəmi bir neçə gün davam edir. Tətildən sonra insan tez bir zamanda əvvəlki stres vəziyyətinə qayıdır.
🔹 Orta və uzunmüddətli tətil (təxminən 23 gün) — araşdırmalara əsasən, bu cür tətillərdə insanın rahatlıq və rifah hissi tətilin 8-ci günündə zirvəyə çatır.
📌 İlk 7 gün ərzində bədən və psixika yalnız iş rejimindən çıxmağa və yeni ritmə uyğunlaşmağa başlayır.
📌 İkinci həftədə insan artıq “əmək rejimi”ndən uzaqlaşır və əsl mənada dincəlməyə başlayır.
📌 Üçüncü həftədə isə sinir sisteminin dərin bərpa prosesləri və tam psixoloji “yenidən yüklənmə” mərhələsi işə düşür.
Lakin işə qayıtdıqdan bir həftə sonra bu pozitiv təsir demək olar ki, tamamilə yox olur.
Mütəxəssislər qeyd edirlər ki, istirahət dövrünün yalnız əvvəlində bədən və psixika “iş rejimindən çıxmağa” başlayır. Əsl bərpa prosesi isə daha sonrakı günlərdə baş verir. Ona görə də, tətilləri 1 həftəlik qısa fasilələrlə bölmək əvəzinə, ardıcıl 2–3 həftəlik fasilə vermək tövsiyə olunur.

Qəhvə qadınların sağlam yaşlanmasına kömək edir


ALİMLƏR AÇIQLAYIR
Gündəlik qəhvə istehlakı qadınların sağlam qocalmasına kömək edir. Araşdırmanın nəticələri bu il Amerikan Bəslənmə Cəmiyyətinin Orlandoda keçirilən illik toplantısında təqdim olunub. Elm adamları təxminən 47 min qadının son 30 ilə aid məlumatlarını təhlil edərək bu qənaətə gəliblər.
ABŞ-ın nüfuzlu Harvard Universitetində aparılan yeni araşdırma, gündəlik qəhvə istehlakının qadınların sağlam yaşlanmasına müsbət təsir göstərdiyini ortaya çıxarıb. Tədqiqat nəticələrinə görə, xüsusilə orta yaşlı qadınlar gündə 2,5 fincana qədər qəhvə istehlak etdikdə, bu onların ürək-damar xəstəlikləri riskini azaltmağa və 2-ci tip şəkərli diabetin qarşısını almağa kömək edir.
"Sağlam yaşlanma" anlayışı, ciddi xroniki xəstəliklər və fiziki, psixoloji və ya idrak məhdudiyyətləri olmadan ən azı 70 yaşa qədər yaşamaq kimi müəyyənləşdirilib.
Mütəxəssislər, qəhvənin tərkibindəki antioksidantların və digər faydalı maddələrin bu müsbət təsirlərə səbəb ola biləcəyini bildirir. Bununla belə, qəhvənin miqdarına diqqət etmək və fərdi sağlamlıq vəziyyətinə uyğun istehlak etmək tövsiyə olunur.

 ÜST-nin Azərbaycandakı nümayəndəliyi media üzvləri ilə görüşdü

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyi 22 iyul - Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə bir araya gəldi. Görüşün məqsədi ÜST ilə yerli media arasında əlaqələri daha da gücləndirmək, ictimai sağlamlıq sahəsində görülən işlərlə bağlı məlumat mübadiləsi aparmaq və gələcək əməkdaşlıq imkanlarını araşdırmaq olub.

Tədbirdə müxtəlif media qurumlarını təmsil edən jurnalistlər və ÜST-nin Ölkə Ofisinin əməkdaşları iştirak edib. Qeyri-rəsmi və qarşılıqlı ünsiyyətə açıq formatda keçirilən görüş zamanı iştirakçılar ÜST-nin Azərbaycandakı prioritet istiqamətləri olan iqlimə davamlı səhiyyə sistemlərinin gücləndirilməsi, köməkçi texnologiyalara çıxış, immunizasiya, psixi sağlamlıq, qeyri-infeksion xəstəliklərə mübarizə, ÜST-nin səhiyyədə fövqəladə hallar proqramının fəaliyyəti və digər sahələrdə həyata keçirdiyi təşəbbüslər barədə məlumat alıb.

“Sağlamlıqla bağlı dəqiq və vaxtında məlumatların ictimaiyyətə çatdırılması üçün mətbuatla işləmək bizim üçün prioritetdir. Biz ÜST olaraq sizi ictimai səhiyyənin ayrılmaz tərəfdaşı kimi görür və bu əməkdaşlığa böyük dəyər veririk. Sağlam bir cəmiyyətin qurulması sizinlə mümkündür,” - deyə ÜST-nin Azərbaycandakı nümayəndəsi və Ölkə Ofisinin rəhbəri Dr. Hande Harmancı qeyd edib.

Tədbir çərçivəsində jurnalistlər ÜST-nin mütəxəssisləri ilə birbaşa ünsiyyət qurmaq imkanı əldə edib, onları maraqlandıran sualları ünvanlayıb və gələcək media əməkdaşlıqları üçün fikir mübadiləsi aparıb.

Tədbirin sonunda ÜST-nin Azərbaycandakı nümayəndəsi və Ölkə Ofisinin rəhbəri Dr. Hande Harmancı jurnalistlərin ünvanladığı sualları cavablandırıb.

Bu görüş açıq fikir mübadiləsi üçün imkan yaradıb. Media nümayəndələrinin iştirakı və maraqlı sualları səhiyyə ilə bağlı mövzuların ictimai müzakirəsində medianın rolunu bir daha önə çıxarıb. Tədbir qarşılıqlı dialoqun davamlılığını təşviq edən müsbət bir addım kimi dəyərləndirilib.

 

Tətil müddətində bədən nə vaxt istirahəti dərk edir?

OPTİMAL TƏTİL MÜDDƏTİ AÇIQLANDI


Psixoloq Jessica de Bloom və onun həmkarlarının apardığı elmi araşdırmalar göstərir ki, tətilin uzunluğu insanın psixoloji və fiziki bərpasında həlledici rol oynayır.


🔹 Qısa müddətli tətillər (4–5 gün) — bu cür fasilələr insanın əhval-ruhiyyəsində və ümumi sağlamlıq göstəricilərində qısa müddətli müsbət dəyişikliklərə səbəb olsa da, bu effekt cəmi bir neçə gün davam edir. Tətildən sonra insan tez bir zamanda əvvəlki stres vəziyyətinə qayıdır.
🔹 Orta və uzunmüddətli tətil (təxminən 23 gün) — araşdırmalara əsasən, bu cür tətillərdə insanın rahatlıq və rifah hissi tətilin 8-ci günündə zirvəyə çatır.
📌 İlk 7 gün ərzində bədən və psixika yalnız iş rejimindən çıxmağa və yeni ritmə uyğunlaşmağa başlayır.
📌 İkinci həftədə insan artıq “əmək rejimi”ndən uzaqlaşır və əsl mənada dincəlməyə başlayır.
📌 Üçüncü həftədə isə sinir sisteminin dərin bərpa prosesləri və tam psixoloji “yenidən yüklənmə” mərhələsi işə düşür.
Lakin işə qayıtdıqdan bir həftə sonra bu pozitiv təsir demək olar ki, tamamilə yox olur.


Mütəxəssislər qeyd edirlər ki, istirahət dövrünün yalnız əvvəlində bədən və psixika “iş rejimindən çıxmağa” başlayır. Əsl bərpa prosesi isə daha sonrakı günlərdə baş verir. Ona görə də, tətilləri 1 həftəlik qısa fasilələrlə bölmək əvəzinə, ardıcıl 2–3 həftəlik fasilə vermək tövsiyə olunur.

ELM VƏ SAÇLARIMIZ


İNTEQRATİV TRİXOLOGİYA NƏDİR?  DR. AYTƏKİN QULİYEVA AÇIQLAYIR 




İnteqrativ trixologiya – saç problemini təkcə baş dərisi ilə yox, bütün orqanizmlə birlikdə analiz edən yanaşmadır.

✓ Hormon balansı
✓ Bağırsaq florası
✓ Qidalanma pozuntuları
✓ Stress və psixoemosional vəziyyət
✓ Vitamin çatışmazlığı
✓ Xroniki yorğunluq və daha nələr...

Saç tökülməsi sadəcə görünən simptomdur. Biz səbəbi dərinlikdə tapırıq!

Mən – Trixoloq Aytəkin Quliyeva, saç problemlərinə inteqrativ yanaşıram.
Çünki saç müalicəsi sadəcə kosmetika deyil, elm və analiz tələb edir.

🌿 İnteqrativ Trixologiyanın Elmi Əsasları ilə Yanaşma
Ən son tibbi tədqiqatlar sübut edir ki, saç tökülməsi və zəifləməsi bir çox hallarda lokal (yerli) deyil, sistemik səbəblərlə bağlıdır.

 1. Hormon balansı – xüsusilə qadınlarda androgen hormonlarının artması (hiperandrogenizm), tiroid disbalansı və insulin rezistentliyi saç tökülməsinin ən geniş yayılmış səbəbləridir.
📚 Tədqiqat: "Androgenetik alopesiya və polikistik over sindromu" (Journal of Clinical Endocrinology, 2020)

2. Bağırsaq mikroflorası – bağırsaq sağlamlığı ilə immun sistem və dəri-saç əlaqəsi sübut olunub. Disbioz bağırsaqda vitamin və mineral sorulmasını pozur, bu isə saçlara birbaşa təsir edir.
📚 Tədqiqat: "Gut-Skin Axis" (Nature Reviews Gastroenterology & Hepatology, 2021)

 3. Qidalanma pozuntuları – dəmir, B12, D vitamini, biotin, sink kimi maddələrin çatışmazlığı saç follikullarının zəifləməsinə səbəb olur.
📚 Tədqiqat: “Micronutrients and Hair Loss” (Dermatologic Clinics, 2013)

 4. Stress və psixoemosional gərginlik – uzunmüddətli stress kortizol hormonunu artıraraq saçların anagen (böyümə) fazasını qısaldır və telogen effluviuma gətirib çıxarır.
📚 Tədqiqat: "Stress-induced hair loss and cortisol levels" (Psychosomatic Medicine, 2019)

 5. Xroniki yorğunluq və mitoxondrial enerji çatışmazlığı – bu da hüceyrə səviyyəsində saç follikullarının enerji alımını azaldır, nəticədə saç kökləri zəifləyir.

Niyə inteqrativ yanaşma vacibdir?
Ənənəvi trixologiya yalnız serumlar, şampunlar və ampulalarla xarici müdaxilə təklif edir. Halbuki əsl səbəb orqanizmin dərinliklərində gizlənir.

Bu səbəbdən müalicə strategiyam aşağıdakılardan ibarətdir:

✅ Bütün orqan sistemlərinin analiz olunması
✅ Laborator testlər əsasında fərdi plan hazırlanması
✅ Dəri və saçın yerli müdafiəsi ilə yanaşı daxildən də bərpa
✅ Qidalanma və psixoemosional dəstəyin balanslaşdırılması

 Nəticə olaraq:
Saç tökülməsi – təkcə estetik problem deyil, orqanizmin kömək siqnalıdır.
Saç müalicəsinə kosmetik məhsul kimi deyil, həkim baxışı ilə yanaşmaq vacibdir.

 İnteqrativ trixologiya – saçlarınıza elmi baxışdır. 

Dəvə südü allergik astmanın ağırlığını azalda bilər


YENİ TƏDQİQAT
Yeni aparılmış elmi tədqiqat göstərib ki, dəvə südü toz gənələrinin yaratdığı allergik astmanın ağırlığını azalda bilər. Bu nəticələr siçanlar üzərində aparılan təcrübələr əsasında PLOS One elmi jurnalında dərc olunub.
Toz gənələri – astmanın ən geniş yayılmış səbəblərindən biridir və bir çox insan bu allergenə qarşı yüksək həssaslıq göstərir. Tədqiqat göstərib ki, dəvə südü iltihabı azaldaraq allergik reaksiyaların qarşısını qismən ala bilir.
Alimlər qeyd edirlər ki, nəticələr hələ ilkin mərhələdədir və dəvə südünün astma üçün əlavə müalicə vasitəsi kimi potensialı ümidvericidir. Bununla belə, heyvanlar üzərində alınan nəticələrin insanlar üçün də keçərli olub-olmadığını müəyyən etmək üçün əlavə klinik sınaqlara ehtiyac var.
Gələcəkdə aparılacaq tədqiqatlar dəvə südünün astma xəstələri üçün nə dərəcədə faydalı ola biləcəyini daha dəqiq göstərə bilər.

Hər il milyona yaxın pasiyent Zeel T məlhəm ilə müalicə alır!



40 ildən artıqdır ki, 30-dan çox ölkədə istifadə edilir və effektivliyi tədqiqatlarla sübuta yetirilmişdir!

TƏRKİBİ: Cartilago suis D2, Funiculus umbilicalis suis D2, Embrio suis D2, Placenta suis D2, Rhus toxicodendron D2, Arnica montana D2, Dulcamara D2, Symphitum officinale D8, Sanguinaria canadensis D2, Sulfur D6, Nadidum D6, Coenzymum A D6, Acidum alpha liponicum D6, Natrium oxalaceticum D6, Acidum silicicum D6

TƏSİR MEXANİZMİ: iltihabəleyhinə, ağrıkəsici, xondroprotekor

GÖSTƏRİŞLƏR:
· Diz artrozu
· Poliartroz
· Spondiloartroz
· Osteoxondroz
· Çiyin-kürək periartriti
· Çiynin fırlanan manjeti sindromu
· Xondropatiya, tendopatiya
· Bexterev xəstəliyi və s. kimi oynaq, əzələ və bağların iltihabi-degenerativ xəstəliklərinin yerli əlamətləri olarsa
· Fəqərə və oynaqların travmasından sonra

ZEEL T - ÜSTÜNLÜKLƏRİ:
QSİƏP-in təhlükəsiz alternativi
Bütün yaşlarda pasiyentlərə uyğundur
Uzunmüddətli istifadəsi zərərsiz olmaqla yanaşı, qığırdaqları qoruyur və bərpaedici təsir edir

İSTİFADƏ QAYDASI: Xaricə istifadə üçündür!
- Gündə 2-5 dəfə, ağrılı-zədələnmiş nahiyəyə, nazik qatla çəkilir
- Lazım gələrsə, sarğı ilə də qoyula bilər
- Fonofarezlə də təyin oluna bilər

Siqareti atıb "Veyp"ə keçənlər təhlükədədir

 


ELMİ SÜBUT
Yeni aparılan elmi araşdırma nəticəsində məlum olub ki, elektron siqaret istifadə edən şəxslərdə xroniki obstruktiv ağciyər xəstəliyinə (XOAX) tutulma riski artıb. Nəticələr Primary Care Respiratory Medicine jurnalında dərc olunub.
Milyonlarla insanın məlumatları təhlil edilərək aparılan metaanaliz göstərib ki, hazırda veyp istifadəçilərində xroniki obstruktiv ağciyər xəstəliyi riski 48%, əvvəllər istifadə edənlərdə isə 84% daha yüksəkdir. Ümumilikdə, elektron siqaretlə təmasda olan şəxslərdə bu risk 79% artıb.
Tədqiqat əsasən ABŞ, Çin və Cənubi Koreyadan olan məlumatlara əsaslansa da, nəticələr qlobal kontekstdə narahatlıq doğurur. Xüsusilə qeyd olunub ki, diaqnozların əksəriyyəti pasiyentin öz məlumatlarına əsaslandığından bəzi hallarda nəticələr dəqiq olmaya bilər. Araşdırma nəticəsində hələ səbəb-nəticə əlaqəsi təsdiqlənməsə də, elm adamları və həkimlər bu riskləri ciddi qəbul etməyə və gənc istifadəçilərin ağciyər sağlamlığını diqqətlə izləməyə çağırır.

Saçın sürətli uzanması mümkündür!

 

Saçlarınız uzanmır? Aylarla eyni uzunluqda qalan saçlar sizi narahat edirsə, səbəbi bəlkə də qidalanmadan hormonlara qədər bir çox faktorda gizlidir!

İnteqrativ trixoloji yanaşma ilə saçın uzanma potensialını aktivləşdirmək mümkündür!

*🔬 Nəyə diqqət edirik?*
✔️ Qan analizləri
✔️ Hormon profili
✔️ Baş dərisinin vəziyyəti (trixoskopik analiz)
✔️ Genetik və stres faktorları

*💉 Müalicədə istifadə olunan üsullar:*
• Anagen Boost protokolu
• Saç eliksiri
• Ekzosom terapiya
• Peptid terapiyası
• Trixomezoterapiya
• Qidalanmaya uyğun dəstək planı

📍Trixoloq Aytəkin Quliyeva ilə fərdi yanaşma və klinik dəstək
📞 Əlaqə: +994 (70) 6295104
🌐 www.trixoloq.az
📩 Qəbula 10 gun öncədən yazılın.

Şəkər xəstəsi olan "Barbi" satışa çıxarılıb


“MAARİFLƏNDİRMƏK ÜÇÜN”
Bu gəlincik 1-ci tip diabetli ilk Barbidir.
Supermodel Kate Mossun qızı Lila maarifləndirmək, təmsilçiliyi gücləndirmək və uşaqları ruhlandırmaq üçün 1-ci tip diabetli ilk “Barbi”ni satışa çıxarıb.
1-ci tip diabetlə mübarizədə qlobal rol modeli olan 22 yaşlı Moss eyni zamanda özünəməxsus gəlinciyi almaqdan şərəf duyduğunu deyib.
Layihə uzun illərdir 1-ci tip diabetlə yaşayan insanlar üçün tədqiqat və dəstək fəaliyyətləri həyata keçirən Breakthrough T1D təşkilatı ilə birgə hazırlanıb.
Yeni Barbie davamlı qlükoza monitoru (CGM), insulin pompası və 1-ci tip diabetli uşaqların şəxsi təcrübəsindən yaxşı tanıdığı aksesuarlar taxır.
Xatırladaq ki, hazırda dünyada 18 yaşına qədər uşaq və yeniyetmələrdən 10 milyonuna 1-ci tip diabet diaqnozu qoyulub.

Mesajlara bilə-bilə gec cavab verənlər eqoistdir


PSİXOLOQLAR XƏBƏRDARLIQ EDİR
Mesajlara və zənglərə gec cavab verən insanlar daha çox eqolu olur.
Amerika Psixologiya Assosiasiyasının “Journal of Personality and Social Psychology” jurnalında dərc edilən məqaləyə əsasən, texnoloji cihazlar üzərindən gələn mesajları gördüyü halda gec cavab verən insanlarda egoist davranışların olması ehtimalı yüksəkdir. Araşdırmada qeyd olunur ki, bu tip davranışlar yalnız mesajlaşma ilə məhdudlaşmır. Eyni zamanda, kiminsə zənglərinə bilərəkdən cavab verməyən və ya gec cavab verən şəxslərdə də eqolu olma ehtimalı yüksəkdir. Alimlər bu davranışı həmin insanların özünü bəyənmiş və özünü üstün görən biri kimi təqdim etmək istəməsi ilə əlaqələndirirlər.
Tədqiqatçılar bildirir ki, bu cür insanlar qarşı tərəfdə “mən sənin qədər məşğul deyiləm” və ya “mənim vaxtım daha dəyərlidir” mesajı yaratmaq niyyətində ola bilər. Bu isə bir növ passiv-aqressiv davranış forması kimi qiymətləndirilir və sosial münasibətlərə mənfi təsir göstərə bilər.

Ucuz gün eynəkləri ilə bağlı elmi araşdırmalar


GÖRMƏNİ ZƏDƏLƏYİR
American Academy of Ophthalmology bildirir ki, eynəklərin qoruması 99–100% UVA/UVB səviyyəsində olmalıdır. “Tünd şüşə daha yaxşı qoruyur” düşüncəsi yalnışdır — tünd və UV-süz lens pupillanın genişlənməsinə səbəb olur və bu da zərərli radiasiyanın daha çox retina çatmasına şərait yaradır
“PubMed” nəşrində 1986 cı ildə dərc olunmuş araşdırmada 32 cüt “ucuz” eynəyin UVB ötürücülüyü ölçülüb. Lenslərdə UVB keçmə cəmi 2% olsa da, eynəklər məsafədə olduqda, yanlardan və yuxarıdan, 44.8%-dək UV radiasiya gözə keçir — bu da əsl qorumanın lens keyfiyyətindən, ölçüsündən və taxılma bucağından asılı olduğunu göstərir .
AllAboutVision (2019) qeyd edir ki, ucuz lenslər tez cızılır, göz gərginliyinə, baş ağrısına və uzun perspektivdə görmə problemlərinə yol açır
Imperial Bioscience Review araşdırmasında sübut edib ki, tünd rəngli, amma UV-sız lens həyat üçün daha təhlükəlidir — pupillanın genişlənməsi nəticəsində zəhərli radiasiyanın təsiri artır və uzun müddətli katarakt, makulyar degenerasiya, melanoma kimi patologiyalara səbəb olur.

Qadınlara 3 gün menstruasiya məzuniyyəti veriləcək


QƏRAR BU AYDAN ETİBARƏN QÜVVƏDƏDİR
İsveçrənin Fribourg (Freiburg) şəhər bələdiyyəsi qadın əməkdaşları üçün yeni və mühüm bir qərar qəbul edib. Belə ki, bu aydan etibarən güclü menstruasiya (regl) ağrıları yaşayan qadınlar ayda 3 günədək tam maaşlı və həkim arayışı tələb olunmadan ödənişli məzuniyyət götürə biləcək.
Bu qərar şəhər bələdiyyəsində çalışan qadınların sağlamlıq və rifahını ön planda tutmağı hədəfləyir. Menstruasiya zamanı qadınların yaşadığı fiziki narahatlıqlara qarşı daha həssas yanaşmaq və iş yerində bərabərliyi təşviq etmək də əsas məqsədlərdəndir. Bu cür sosial yönümlü addım həm də digər şəhər və təşkilatlar üçün nümunə ola bilər.
Qeyd edək ki, Fribourg Bələdiyyəsi bu təşəbbüsü ilə İsveçrədə menstruasiya icazəsi təqdim edən nadir dövlət qurumlarından biri olub.

Körpələr emosional üzlərə daha diqqətlə baxır


ARAŞDIRMA
Müxtəlif elmi araşdırmalar göstərir ki, həyatlarının ilk aylarında belə körpələr bəzi üz cizgilərinə üstünlük verirlər. Onlar simmetrik, ifadəli və emosional baxımdan “canlı” üzlərə daha çox diqqət yetirirlər. Bu, uşaqların “gözəllik” anlayışını formalaşdırmamışdan əvvəl baş verir.
Samuels, Butterworth tərəfindən aparılan araşdırma göstərib ki, cəmi 4 aylıq körpələr böyüklər tərəfindən cazibədar hesab edilən üzlərə daha uzun müddət baxırlar. Bu üstünlük, üzlərin simmetrik olmasından daha çox, onların ifadəliliyi və xoşagəlimli görünüşü ilə bağlıdır.
Rhodes və əməkdaşlarının araşdırması da maraqlı nəticələr ortaya qoydu. 5-8 aylıq körpələrə müxtəlif üz şəkilləri təqdim olunduqda, onlar simmetrik və ya “orta” görünüşlü üzlərə deyil, daha ifadəli, qeyri-adi cizgiləri olan üzlərə üstünlük verirdilər. Alimlər bu davranışı “yenilik” və diqqətəlayiq detalların körpələrin marağını çəkməsi ilə izah ediblər.
Bütün bu tədqiqatlar onu göstərir ki, insanların üzlərə qarşı ilkin və instinktiv reaksiyası çox erkən yaşda formalaşır. Körpələr hələ “gözəllik” anlayışını bilmədən belə, daha “canlı” və emosional üzlərə yönəlirlər. Bu isə insan beynində gözəllik və sosial əlaqə mexanizmlərinin dərin və qədim köklərə malik olduğunu göstərir.

18 illik övlad həsrətinə süni intellekt son qoydu

 

KÖRPƏ DEKABRDA DOĞULACAQ
Cütlük uşaq sahibi olmaq ümidi ilə dünyanın müxtəlif yerlərindəki süni mayalanma mərkəzlərinə baş çəkərək, bir neçə dəfə in vitro mayalanmadan (IVF) keçib, lakin nəticə almayıb.
Bu cəhdlərin uğursuzluğunun səbəbi isə kişinin azospermiya, yəni kişi sonsuzluğuna səbəb ola biləcək nadir diaqnoz olub.
Xəstəlikdə sperma sayı o qədər az olur ki, hətta saatlarla mikroskop altında diqqətlə araşdırıldıqdan sonra belə, tapılmır.
Beləliklə, məxfiliklərini qorumaq üçün anonim qalmaq istəyən cütlük yeni bir yanaşma sınamaq üçün Kolumbiya Universitetinin Reproduktiv Tibb Mərkəzinə müraciət edib.
Süni intellektlə icra edilən STAR metodu ilə kişilərdə gizli toxum müəyyən edilir. Analiz nümunələrini universitetə təqdim etdikdən sonra süni intellekt üç gizli toxum aşkar edib.
Beləliklə, STAR metodundan istifadə edərək əldə edilən ilk uğurlu nəticə olub. Körpə dekabrda doğulacaq. Valideynlərinin sevincinin həddi-hüdudu yoxdur, deyə metod yaradıcıları bildirib.

Sidikdən diş üçün tibbi material hazırlanıb


ALİMLƏR İZAH EDİR
Sidikdən tibbi implantlar üçün material hazırlanıb. Nəticələr “Nature Communications” jurnalında dərc olunub.
ABŞ-da alimlər insan sidiyini xüsusi mayaların köməyi ilə hidroksiapatit adlı minerala çevirib. Bu mineral sümük və dişlərin tərkibində olan maddədir və tibbi implantlar, arxeoloji bərpa işləri, plastik əvəzediciləri və tikinti materialları kimi sahələrdə istifadə olunur.
Tədqiqat həm ətraf mühitin çirklənməsinin azaldılmasına, həm də faydalı materialın əldə olunmasına xidmət edir. Alimlər bu üsulun həm ekoloji, həm də iqtisadi baxımdan faydalı olduğunu bildirirlər.

Hərəkəti bərpa etmək üçün implant yaradıldı


TİBBDƏ İLK DƏFƏ

Yeni Zelandiya alimləri onurğa beyni zədələnmiş siçovulların motor funksiyasını bərpa etmək üçün minimal invaziv texnologiya hazırlayıblar.
Oklend Universitetinin alimləri tərəfindən aparılan bir araşdırma birbaşa zədə sahəsinə daxil edilən və idarə olunan elektrik impulslarını ötürən ultra nazik implantın effektivliyini nümayiş etdiriblər.
İmplant 2 Hz aşağı tezlikli elektrik stimullaşdırılması sayəsində sinir liflərinin regenerasiyasını və yeni əlaqələrin əmələ gəlməsini stimullaşdırır. Təcrübədə orta dərəcəli zədələri olan iki qrup siçovul iştirak edib,
Test qrupundan olan heyvanlar ard-arda 1 ay ərzində həftədə 5 gün elektrik stimulyasiyası alıb. Heyvanlar 4 həftədən sonra təbii yolla sağalıb.
Əvvəlki tədqiqatlardan fərqli olaraq, yeni texnologiya minimal invazivdir və eyni zamanda hərəkət və hissi bərpa etməkdə effektivdir. Tədqiqatçılar qeyd edirlər ki, siçovulların təbii bərpa qabiliyyəti insanlardan daha yüksəkdir, ona görə də metodun tibbdə tətbiqi üçün daha çox iş tələb olunacaq.

Subcategories