Bu test vaxtından tez ölümün riskini təyin edir. Özünüzü yoxlayın!

4-cü mərtəbəyə orta temptə dayanmadan qalxa bilərsinizmi?

Mütləq özünüzü yoxlayın. İspaniya alimləri sübut edir ki, bu sadə testin köməyi ilə vaxtından tez ölümün riskini təyin etmək olar.

Saglamolun.az medikforum-a istinadla xəbər verir ki, alimlər bu nəzəriyyəni 13 min insan üzərində yoxlayıblar. Onların bir hissəsi testin öhdəsindən gələ bilib, bir hissəsi isə yox. Alimlər pilləkəndə testdən sonra 5 il ərzində bu insanlara daim nəzarət edirdi. Bu müddət ərzində eksperimentdə iştirak edənlərdən 1253 nəfər vəfat edib. Məlum olub ki, araşdırmanın əvvəlində 4-cü mərtəbəyə dayanmadan qalxa bilməyənlər arasında ürək-damar sistemi xəstəlikləri səbəbindən ölüm halları testin öhdəsindən gələnlərlə müqayisədə 3 dəfə daha çox olub.

Bundan əlavə fiziki daha zəif olan və testi keçə bilməyənlər arasında xərçəngdən ölüm halları da 2 dəfə çox olub.

İspaniya alimlərinin fikrinə görə, bu eksperiment növbəti dəfə sübut edib ki, fiziki aktivlik insanın sağlamlığının ən əsas amillərindən biridir. 

Saglamolun.Az

........




loading...

HƏKİMLƏR

Aynur Səfiyeva

Aynur Səfiyeva

Proktologiya

Ümumi cərrah, kolorektal cərrahiyyə üzrə mütəxəssis Avropa Koloproktoloji Assosiasiyasının ilk milli...

Ətraflı...
Həmidə Səlimzadə

Həmidə Səlimzadə

Allerqologiya

Həkim-allerqoloq İş stajı - 8 il

Ətraflı...
Fuad Əliyev

Fuad Əliyev

Endokrinologiya

Tiroidoloq (zob xəstəlikləri) İş stajı - 10 il

Ətraflı...

 


Яндекс.Метрика