Загрузка...

Uşaqlıq boynu eroziyası

Uşaqlıq boynu eroziyası qadın cinsiyyət üzvlərində, ən çox təsadüf edilən ginekoloji xəstəliklərdən biridir.

Hərfi mənada ifadə etsək, eroziya – uşaqlıq boynunun selikli qişasının xoşxassəli dəyişikliyindən ibarətdir.

Ancaq ilkin olaraq xoşxassəli olmasına baxmayaraq, uzun müddət mövcud olduğu halda və müalicə olunmadığı təqdirdə, eroziya çox təhlükəli xəstəlik olan uşaqlıq boynunun xərçənginə çevrilə bilər! Məhz buna görə də uşaqlıq boynunun eroziyasını vaxtında müalicə etmək lazımdır!

Uşaqlıq boynu eroziyası əksər hallarda özünü heç bir əlamətlə büruzə vermir və yalnız ginekoloq tərəfindən profilaktik tibbi müayinə zamanı aşkar edilir. Bəzi hallarda eroziyası olan qadınlarda cinsi əlaqə zamanı və ondan sonra qan qarışıqlı ifrazatın və ağrının olması, cinsi yollardan ifrazatın artması və s. əlamətlər müşahidə edilə bilər. Bu əlamətlərdən hər hansı birinin olduğu halda isə, ginekoloqa müraciət etmək vacib hesab edilir!

Uşaqlıq boynu eroziyasının inkişaf etməsinə müxtəlif infeksiyalar səbəb olur. Bu infeksiyaların bəziləri qadın cinsi yollarında daimi olaraq yaşayır (stafilokoklar, streptokoklar və s.), bəziləri buraya bağırsaqdan keçir (bağırsaq çöpləri), digərləri isə qadın cinsi əlaqə zamanı (ureaplazma, mikoplazma, xlamidiyalar və s.) yoluxa bilir. Bütün bu infeksiyalar və mikroblar üçün müvafiq münbit şərait yarandıqda (qadının immunitetinin zəifləməsi, hormonal patologiyalar nəticəsində uşaqlıq boynu seliyinin tərkibinin pozulması, uşaqlıq yolunun disbakteriozu, qadın cinsi orqanlarının iltihabi xəstəlikləri və s.), onlar sürətli şəkildə artaraq sözün əsl mənasında uşaqlıq boynunun selikli qişasını “yeyirlər”. Digər halda, abortdan (süni uşaqsalma), doğuşdan, kobud cinsi əlaqələrdən sonra uşaqlıq boynu zədələnir, onun selikli qişasında çatlar, zədələnmə sahələri əmələ gəlir ki, bu da sonradan həmin yerdə eroziyanın yaranmasına səbəb olur.

Qadında uşaqlıq boynu eroziyası müəyyən edildikdən sonra həkim ona daha bir neçə müayinə (infeksiyalara görə müayinə, uşaqlıq yolu ifrazatının disbakterioza görə əkilməsi və s.) təyin edərək eroziyanın inkişaf etməsinin səbəbi müəyyən edir. Eroziyanın səbəbi müəyyən edilərək aradan götürülməzsə, aparılan müalicədən sonra o yenidən yarana bilər.

Eroziyanın müalicə üsulunun seçilməsi xəstənin yaşından, eroziyanın ölçüsü və formasından, eroziyanın yaranma səbəblərindən, yanaşı gedən xəstəliklərdən və s. asılı olaraq müəyyən edilir. Cavan doğmamış qadınlarda eroziyanı xüsusi dərman preparatları ilə müalicə edirlər. Bu ən sadə, ən ağrısız və ən qoruyucu müalicə üsulu olub, ancaq kiçik ölçülü eroziyaların müalicəsində effektiv olur.

Bu üsuldan savayı, eroziya sahəsinin xüsusi aparatlar vasitəsi ilə maye azotla dondurulması, lazerlə və ya elektriklə yandırılması (lazerokoaqulyasiya və elektrokoaqulyasiya) üsullarından da istifadə edilir. Eroziyanın elektrokoaqulyasiya üsulu ilə müalicə olunması üsulunun, gələcəkdə uşaq olmasını arzulayan qadınlarda tətbiq edilməsi məsləhət görülmür. Çünki bu üsulla müalicədən sonra uşaqlıq boynunun selikli qişası daha dərin şəkildə zədələnir və uşaqlıq boynunun özü isə deformasiyaya uğrayır. Bu isə gələcəkdə hamiləliyin daşınması zamanı müxtəlif problemlərə səbəb ola bilər.

Gecikmiş hallarda, eroziya fonunda xərçəng xəstəliyinin ilkin əlamətləri meydana çıxarsa, cərrahi müalicə üsulundan istifadə edilir.


Saglamolun.Az

.
Загрузка...
.

Şərhlər  

#78 Administrator 04.09.2014 10:33
Sualınızı ginekoloqa verin. Bu linkə keçin: http://saglamolun.az/index.php/ginekologiya/1410-firuze-ceferzade.html
#79 afa 22.10.2014 20:44
Hekim uwaqliq eyri olanda hamile qalmaq olur?ve onun mualicesi nece olur bu haqda melumat vererdiz?
#80 Administrator 23.10.2014 10:53
Bu linkə keçib sualınızı ginekoloqa verin: http://saglamolun.az/index.php/ginekologiya/1410-firuze-ceferzade.html
#81 Günay Hacıyeva 19.12.2014 20:41
Цитирую afa:
Hekim uwaqliq eyri olanda hamile qalmaq olur?ve onun mualicesi nece olur bu haqda melumat vererdiz?[/quo[quote name="kama"]salam eroziya subay qizlarda ola biler?

Salam.Eroziya subay qızlarda da ola bilir.
Sualınız üçün teşekkür edirəm.
#82 Gulnar 13.01.2015 21:44
Salam.mende de erroziya var.ama mualice etmedim.indi de 2 gundu qan gelir laxta kimi axinti olurdu coxdan ama qan olmurdu .bu erroziya ile baglidi hekim?
#83 Administrator 14.01.2015 04:28
Цитирую Gulnar:
Salam.mende de erroziya var.ama mualice etmedim.indi de 2 gundu qan gelir laxta kimi axinti olurdu coxdan ama qan olmurdu .bu erroziya ile baglidi hekim?


Eroziya zamanı qanaxma adətən kontakt xarakter daşıyır (yəni cinsi əlaqədən, ginekoloji manipulyasiyala rdan və s. sonra baş verir). Bu qanaxmanın digər səbəbləri ola bilər. Ginekoloqun müayinəsindən keçin.
#84 rufa 04.11.2015 20:39
salam hekim .mende de eroziya var usagdan sonar mende yaranib eroziya men cetin dogusum olub.men agri verir qasinmada verir hekime getdim dedi var ozude findiq boyda mene mualice yazdi amma etmedim ona qarsi sam istifade etdim qekskion sami sonar hence etmemisem ama cinsi elaqe zamani agri olur mene dediler ki 2 dogus zamani temizlenib gedecek bu dogrudu yoxsa men mualice olunmaliyam?










/

.

HƏKİMLƏR

Könül Hənifəyeva

Könül Hənifəyeva

Onkoginekologiya

Onkoginekoloq, mammoloq İş stajı - 28 il

Ətraflı...
Cəmil İskəndərov

Cəmil İskəndərov

Neyrocərrahiyyə

Neyrocərrah İş stajı - 13 il

Ətraflı...
Afət Çəndirli

Afət Çəndirli

Fizioterapevt

Fizioterapevt-Reabilitoloq İş stajı: 10 il

Ətraflı...

SON YAZILAR

Zaur xəstəxanalıq oldu

17-08-2018 /214

Яндекс.Метрика