GƏLƏCƏYİN ARIQLAMA ÜSULU
Artıq arıqlamaq və qanda şəkəri azaltmaq üçün sadəcə bir inyeksiya kifayət edəcək. Bu inyeksiya bədən hüceyrələrini, Ozempic, Wegovy və Mounjaro kimi məşhur dərmanların əsas tərkib hissəsini - GLP-1 hormonunu istehsal edən, kiçik “fabriklərə” çevirəcək.
ABŞ-da 2 biotexnoloji startap – Nyu-Yorkdan “RenBio” və Massaçusetsdən “Fractyl Health” bu istiqamətdə siçanlarda ümidverici nəticələr əldə edib və hazırda gen terapiyasını daha böyük heyvanlarda – donuz və meymunlarda – sınaqdan keçirir. Uğurlu nəticələr əldə olunsa, texnologiya insanlar üzərində də yoxlanılacaq.
GLP-1 (qlükagona bənzər peptid-1) bədən tərəfindən təbii olaraq istehsal olunur və beyinə toxluq siqnalı göndərərək iştahanı azaldır. Bu hormonun təsirini təqlid edən dərmanlar son illərdə sürətlə populyarlıq qazanıb, ABŞ-da istifadə edənlərin sayı 2 il ərzində 5,8%-dən 12%-ə yüksəlib. Lakin bahalı qiymət və ürəkbulanma, halsızlıq və qusma kimi yan təsirlər bir çox insanı narahat edir.
Saglamolun.Az



















