Kişi gücünü artıran OTLAR

Bəzi bitkilər xalq təbabətində kişi gücünü artırmaq və sonsuzluğu müalicə etmək üçün istifadə olunur. Təbii ki, bu bitkilər əsas müalicə ilə yanaşı istifadə oluna bilər.

Bu bitkilər arasında:

- Ginko biloba

Saglamolun.az xəbər verir ki, bu bitki orqanizmdə qan dövranını yaxşılaşdırmaq və qanı oksigenlə zənginləşdirmək xüsusiyyətlərə malikdir.

Araşdırmalar göstərib ki, ginko biloba bitkisinin tinkturasını qəbul edən kişilərin əksər hissəsində potensiyanın (kişi gücü) göstəriciləri yaxşılaşır.

- Jenşen

Jenşen insanda enerjinin artmasına, fizki gücün bərpasına kömək edir. Bu bitki qədim zamanlardan potensiyanı artıran vasitə kimi tanınır və istifadə olunur.

- Yemişan

Ürəyin fəaliyyətini yaxşılaşdıran bitki kimi tanınan yemişan həmçinin kişi gücünü də artırır.

- Kərəviz

Mütəxəssislərin fikirinə görə, bu göyərti kişilərdə potensiyanı artırır, prostatitin inkişafından qoruyur. Cinsi sağlamlığında problemləri olan kişilər hər gün 1 stəkan kərəviz şirəsini içməlidir. Şirə hazırlamaq üçün bitkinin qalın gövdələri və yarpaqları istifadə olunur.

- Darçın

Darçın qədim zamanlardan kişi gücünü artıran vasitə kimi tanınır. Potensiyanın zəiflənməsi zamanı müalicə ilə yanaşı ballı-darçınlı suyu da istifadə etmək olar.

- Çaytikanı

Bu multivitamin bitki insanın bir çox orqan və sistemləri üçün (o cümlədən, cinsiyət sistemi üçün) faydalıdır. Çaytikanı potensiyanı yaxşılaşdıran təbii preparatların tərkibində tez-tez daxil edilir.

- Zəfəran

Zəfəran da qədim zamanlardan potensiyanı artıran xalq təbabəti vasitə kimi istifadə olunur. Cinsi zəifliyi, kişi sonsuzluğu zamanı zəfəran dəmləməsi əlavə müalicəvi vasitə kimi istifadə oluna bilər. Təbii zəfəranın 2-3 tükcüyü 50 qr qaynar suda 20 dəqiqə ərzində dəmlənilir və hər gün içilir.

- Kəklikotu

Prostatit və potensiya problemləri zamanı çox yaxşı təsir göstərir. 1 ç.q. kəklikotu 1 stəkan qaynar suda dəmlənilir, soyudulur, süzülür və gün ərzində 3 dəfə stəkanın 1/3 hissəsi olmaqla qəbul olunur.

Saglamolun.Az




loading...

TƏZYİQİ DƏRMANSIZ SALMAQ ÜÇÜN ƏN ASAN ÜSUL

HƏKİMLƏR

Rauf Sadıqov

Rauf Sadıqov

Neyrocərrahiyyə

Beyin ve omur ilik cərrahiyyəsi (neyrocərrah) İş stajı - 14 il

Ətraflı...
İlahə Quliyeva

İlahə Quliyeva

Ginekologiya

Cərrah, mama-ginekoloq Tibb üzrə fəlsəfə doktoru (mamalıq və cərrahiyyə ixtisası üzrə)

Ətraflı...
İsmayılova Xəyalə

İsmayılova Xəyalə

Ginekologiya

Mama-ginekoloq Uşaq ginekoloqu

Ətraflı...

 


Яндекс.Метрика