ARAŞDIRMA
"Nutrients" jurnalında dərc olunmuş yeni araşdırmaya görə, körpəlik dövründən qaragilə qəbul edən uşaqlarda allergik simptomlar daha az müşahidə olunub və immun balansları daha yüksək olub.
Sidney Universitetinin alimlərinin apardığı tədqiqatda 3-4 aylıq sağlam, ancaq ana südü ilə qidalanan 60 körpə iştirak edib. Onlar iki qrupa bölünüb: biri gündəlik 10 qramlıq qaragilə tozu, digəri isə eyni kalorili, dad və rəng baxımından oxşar plasebo alıb. Maraqlıdır ki, araşdırmanın əvvəlində qaragilə qəbul edən qrupda bəzi tənəffüs problem simptomları müşahidə olunub plasebo qrupunda isə belə hallar olmayıb.
Araşdırmanın gedişində analizlər göstərib ki, qaragilə alan qrupda respirator və ümumi allergik simptomlarda müsbət dəyişikliklər olub. 4 uşaqda tənəffüs simptomları tamamilə aradan qalxıb və müşahidə dövründə plasebo qrupuna nisbətən daha az yeni simptom yaranıb.
Bundan əlavə, bu qrupda immunitetlə bağlı müsbət dəyişikliklər və sağlam bağırsaq mikrobiotası müşahidə edilib. Alimlər bildirib ki, qaragilə körpələrin immun sisteminin formalaşmasında və allergiyaların qarşısının alınmasında mühüm rol oynayır.
Saglamolun.Az