Klubda rəqs etmək sağlamlıq üçün faydalıdır


YENİ ARAŞDIRMA
“Avropa Həyat Tərzi” Tibb Cəmiyyətinin apardığı yeni araşdırma göstərib ki, həftədə ən az bir dəfə kluba gedən insanların ürək-damar sağlamlığı daha yaxşı olur, stress hormonu olan kortizolun səviyyəsi azalır və əhval tənzimlənməsi yaxşılaşır.
Müntəzəm olaraq rəqs edən insanlarda ürək ritminin sürəti 21% yaxşılaşıb və stress göstəriciləri azalıb. Bu isə daha uzun və sağlam ömürün əlamətləridir.
Tədqiqat onu da ortaya çıxarıb ki, fiziki aktivlik, sosial əlaqələr və ritmik musiqinin birləşməsi beyində serotonin və dopamin səviyyəsini artırır. Bu hormonlar psixi narahatlıq və yaşlanma ilə mübarizədə vacib rol oynayır.

Saglamolun.Az