Açıq şəkildə satılan çərəz və ədviyyatlar xərçəng yarada bilər - DİQQƏT

Açıq şəkildə satılan qoz-fındıq və ədviyyatlar uyğun mühitdə saxlanmadıqda meydana gələ biləcək kif törəmə aflatoksin gələcəkdə qaraciyərin zədələnməsinə və qaraciyər xərçənginə səbəb ola bilər.
 
Sağlamolun.az xəbər verir ki, Qida Mühəndisləri Odası Antalya Şöbə Başçısı Ali Manavoğlu fındıq və ədviyyatı açıq satılan yerlərdən almağa üstünlük verənlərə xəbərdarlıq edib.
 
İctimaiyyət arasında açıq şəkildə satılan məhsulların daha sağlam, daha təravətli və təbii olduğuna dair yanlış təsəvvürün olduğuna diqqət çəkən Manavoğlu, xüsusilə bazarda və açıq şəkildə satılan qoz-fındıq və ədviyyatların istehsal vaxtının, tövsiyə olunan istehlak tarixinin, məzmununun və etiketinin olmadığını bildirib. 
 
Açıq şəkildə satılan qidaların mənşəyi, lazımi icazə və nəzarətlərlə bağlı heç bir məlumatın olmadığına diqqət çəkən Manavoğlu, alınan ədviyyat və qoz-fındıqların gigiyena baxımından sağlamlığa təhlükə yarada biləcək riskləri olduğunu vurğulayıb.

Bəsti MƏMMƏD

 

Saglamolun.Az