QƏRAR DEKABRDA QÜVVƏYƏ MİNƏCƏK
Yeni qanunlara əsasən, Facebook, Instagram, Snapchat və YouTube kimi platformalar azyaşlıların hesab açmasının qarşısını almaq üçün addımlar atmalıdırlar. Avstraliya hökuməti 16 yaşdan aşağı uşaqların sosial mediadan istifadəsini qadağan etməyi planlaşdırır. Qaydaya əməl etməyənlər 50 milyon Avstraliya dolları məbləğində cərimə ediləcək.
Qadağa dekabrda qüvvəyə minəcək.
Federal hökumətin sifarişi ilə hazırlanmış hesabatda yaşın yoxlanılması üçün texnologiyalar – şəxsiyyət sənədləri, üz tanıma, valideyn icazəsi və davranışa əsaslanan alqoritmlər nəzərdən keçirilib. Lakin ekspertlər bu üsulların məxfilik, məlumatların təhlükəsizliyi və dəqiqlik baxımından risklər daşıdığını bildiriblər.
Sorğular göstərir ki, əksər avstraliyalılar qadağanı dəstəkləyir. Bununla belə, bəzi psixoloqlar və uşaq hüquqları müdafiəçilərinin fikrincə, sərt məhdudiyyətlər uşaqları sosial imkanlardan məhrum edə və daha az tənzimlənən internet mühitinə yönləndirə bilər.
Saglamolun.Az