Süni dırnaqlar xərçəngə səbəb oldu


XƏBƏRDARLIQ
Britaniyanın 35 yaşlı sakini Lyusi Tomas barmağında dırnaq altında qəribə ləkə gördükdən sonra həkimə müraciət edib. Pasiyentə nadir dırnaqaltı melanoma, yəni dəri xərçənginin nadir, lakin son dərəcə təhlükəli növü diaqnozu qoyulub.
Lyusi uzun müddət akril dırnaqlardan istifadə edib və indi gözəllik həvəskarlarını bu vərdişdən çəkinməyə çağırır. O, xüsusilə süni dırnaqları vaxtaşırı çıxarmağı, hətta ümumiyyətlə onlardan istifadə etməməyi tövsiyə edir.
Həkimlərin sözlərinə görə, dırnaqaltı melanoma çox rast gəlinməyən bir xəstəlik olsa da, aqressiv şəkildə inkişaf edir və vaxtında aşkar edilməzsə, həyati təhlükə yarada bilər. Həmçinin, dırnaqların təbii vəziyyətdə belə mütəmadi olaraq yoxlanılması vacibdir. Əgər dırnaqların altında qeyri-adi ləkə, zolaq və ya rəng dəyişiklikləri müşahidə olunarsa, dərhal həkimə müraciət edilməlidir.

Saglamolun.Az