69 YOLUXMA HALI QEYDƏ ALINIB
Hindistanda "beyinyeyən amöb"ün (Niqleriya fouleri) səbəb olduğu nadir beyin infeksiyası olan ilkin amöb meninqoensefalit xəstəliyinə yoluxma hallarının artdığı qeydə alınıb.
Bildirilir ki, Kerala ştatında Niqleriya fouleri amöbünə 69 yoluxma halı var. Onlardan 19-ü ölümlə nəticələnib.
Xəstələnənlər arasında həm südəmər uşaqlar, həm də yaşlı insanlar var. Bütün hallarda yoluxma isti çirin suda yaşayan amöb vasitəsilə baş verib.
Bu amöb insan üzən zaman burun boşluğundan bədənə daxil olur. Burun vasitəsilə beyinə çata bilir. Xəstəlik insandan insana keçmir.
Tipik simptomlara baş ağrısı, qızdırma, ürəkbulanma və qusma daxildir. Mərkəzi sinir sisteminin zədələnməsi əlamətləri görünür.
Saglamolun.Az