QEYRİ-ADİ XƏSTƏLİK TARİXÇƏSİ
İngiltərənin Derbişir əyalətindən olan 20 yaşlı gənc ağır infeksiyanın ilk xəbərdaredici əlamətlərini qrip simptomu zənn edib.
Levi özünü reseptsiz dərmanlarla müalicə edib. Vəziyyəti kəskin pisləşəndə , qızdırma düşməyəndə, daimi yorğunluq və iştahsızlıq kimi əlamətlər də özünü biruzə verəndə valideynlər onu xəstəxanaya aparıb.
Həkimlər ona sepsisə və çoxlu orqan çatışmazlığına səbəb olan pnevmokok pnevmoniyası diaqnozu qoyublar. Gənc adam induksiya olunmuş komaya yerləşdirilib və ekstrakorporeal membran oksigenləşdirmə (ECMO) aparatına - müvəqqəti olaraq ağciyər və ürək kimi fəaliyyət göstərən sistemə qoşulub. Bir neçə gün sonra həkimlər onun hər iki ayağını dizdən aşağı kəsmək qərarına gəliblər.
Həkimlərin səyinə baxmayaraq, onun vəziyyəti ağır olaraq qalır və sağ qalma şansı cəmi 30 faizdir.
Saglamolun.Az