"Facebook, instagram, tiktok, youtube, və snapchat gəncləri zəhərləyir" - IDDİA

 

NYU YORK RƏSMİLƏRİ SOSİAL ŞƏBƏKƏLƏRİ MƏHKƏMƏYƏ VERİB
Nyu York rəsmiləri, sosial media nəhənglərini gənclərdə bilərəkdən psixi sağlamlıq böhranı yatarmaqda ittiham edir.
İddia olunur ki, texnologiya nəhəngləri gənclərin asılılıq yaradan sosial media xüsusiyyətlərinə qarşı həssas olduğunu bilsələr də, onlardan istifadə edirlər.
Nyu-York şəhərinin rəsmiləri 327 səhifəlik iddiada bildirir ki, Facebook, Instagram, TikTok, Snapchat, Google və YouTube-un əsas şirkətləri gənlərin psixi sağlamlığına təhlükədir. Gənclərdə depressiya, narahatlıq, tənhalıq və özünə hörmsizlik kimi xüsusiyyətlər yayılır.
Şəhər rəsmiləri, texnologiya nəhənglərinin alqoritmik şəkildə idarə olunan məzmunun "sonsuz ötürülməsi" və istifadəçiləri öz hesablarını dəfələrlə yoxlamağa sövq edən "daimi bildirişlər" kimi xüsusiyyətlərin asılılıq təsirlərinə qarşı xüsusilə həssas olduqlarını bilsələr də, mənfəət üçün uşaqları və yeniyetmələri hədəf aldıqlarını iddia edirlər.
Hazırda iddia ilə bağlı araşdırma başlanılıb.

Saglamolun.Az