Həftədə neçə dəfə masturbasiya etmək olar? - KİŞİLƏRİN DİQQƏTİNƏ!

"Masturbasiya dünyanın hər yerində cinsi istəyi ödəmək üçün istifadə olunan vasitələrdən biridir. Əksərən masturbasiya ilə məşqul olan insanlar cinsi partnyoru olmayan subay kişilərdir ki, onlar cinsi əlaqədə ola bilmədikləri təqdirdə alacaqları zövqü masturbasiya ilə alırlar".

Bu sözləri  "Baku City Hospital"ın uroloq-androloqu Mirhikmət Qiyasov Sağlamolun.az-a mövzu ilə bağlı danışarkən deyib.


Həkim bildirib ki, masturbasiyanın xeyiri və ziyanı ilə bağlı fikirlər bir mənalı deyil:


"Cinsi münasibəti olmayan insanlar üçün həftədə 2,3 dəfə masturbasiya etmək patoloji bir hal deyil amma bəzən buna aludəçi olan insanlar normal cinsi əlaqənin əvəzinə masturbasiya edirlər. Xüsusən bəzi hallarda evli bəylər də bundan istifadə edir hansı ki, normal cinsi əlaqədən alacaqları həzzi masturbasiya ilə əvəz eləməyə çalışırlar. Bu da normal sayılmır".


O, masturbasiya ilə məşqul olan insanların üzləşəcəyi fəsadları da diqqətə çatdırıb: 

"Əgər kişilər aludəçi olarsa, normal cinsi əlaqədən yayına bilərlər. Masturbasiyada qarşı tərəf olmadığı üçün insan daha tez orqazma çatmağa çalışır ki, bu zaman da erkən boşalma kimi hallar ortaya çıxar".


Həkim vurğulayıb ki, masturbasiyanın xeyirli tərəfləri də var:

"Bəzi erkən boşalan xəstələrdə masturbasiya məsləhət görülür. Hansı ki bu, texnikadan istifadə zamanı normal cinsi münasibətdə erkən boşalmanın qarşısı alınır.
İlkin olaraq onu qeyd edək ki, masturbasiya ziyanlı birşey deyil, əgər, aludəçisi deyilsizsə, həftədə 2,3 dəfə məşqul ola bilərsiniz".

Həkimlə əlaqə sağlamaq üçün +994 50 662 69 92 mobil nömrəsinə zəng edin.

 

 

 

 

Saglamolun.Az