ÖLÜM RİSKİNİ ARTIRIR
SOSİAL TƏCRİD
“BMJ Oncology” jurnalında dərc olunan yeni araşdırma göstərib ki, tənhalıq və sosial təcrid xərçəngdən ölüm riskini əhəmiyyətli dərəcədə artırır. 1,6 milyon insanın məlumatları əsasında aparılan meta-analizə görə, özünü tənha hiss edən xəstələrdə ümumi ölüm riski 34 faiz, xərçəngdən ölüm ehtimalı isə 11 faiz daha yüksək olub.
Alimlər hesab edirlər ki, bu əlaqə yalnız psixoloji deyil, həm də bioloji mexanizmlərlə bağlı ola bilər. Uzunmüddətli stress immun sistemini zəiflədir, orqanizmdə iltihab proseslərini gücləndirir və bədxassəli hüceyrələrin çoxaldır.
Mütəxəssislər bildirirlər ki, tənha insanlar çox vaxt müalicəyə gec müraciət edir, həkim göstərişlərinə az əməl edir və sosial dəstək çatışmazlığı səbəbindən xəstəliyi daha ağır keçirirlər.
Araşdırma müəllifləri xəbərdarlıq edirlər ki, xərçənglə mübarizə üçün yalnız dərman və əməliyyatlar deyil, psixososial dəstək və sosial əlaqələrin gücləndirilməsi də həyati əhəmiyyət daşıyır.
Saglamolun.Az