Ziyanlı vərdiş : Səhər yeməyindən imtinanın 4 zərəri


ÇİNLİ ALİMLƏRDƏN ARAŞDIRMA
Ningşia Tibb Universitetinin (Çin) alimləri müəyyən ediblər ki, müntəzəm olaraq səhər yeməyindən imtina etmək metabolik sindromun yaranma riskini artırır. Bu sindrom piylənmə, yüksək təzyiq, qanda şəkər və xolesterin səviyyəsinin artması kimi bir sıra pozuntuları əhatə edir. Tədqiqatın nəticələri “Nutrients” jurnalında dərc olunub.
Araşdırmaya on minlərlə insanın iştirak etdiyi doqquz elmi işin məlumatları daxil edilib. Analiz göstərib ki, səhər yeməmək
metabolik sindromun yaranma ehtimalını 10–26 faiz artırır.
Ən güclü əlaqələr qarın boşluğunda piy toplanması (abdominal piylənmə) və qanda artıq qlükoza ilə müşahidə olunub. Alimlərin fikrincə, səhər yeməyi metabolizmin sabitliyini qorumağa kömək edir. Əvvəlki araşdırmalar da göstərib ki, səhər yeməyi yeyən insanlar gün ərzində qida qəbulunu daha yaxşı idarə edir və duzlu, şəkərli, yağlı qidalara meyilləri azalır.

Saglamolun.Az