Faydalı məsləhət

Bir çox insan açarlarını, telefonunu və ya pul qabını tez-tez itirdiyini düşünərək təşvişə düşür. Lakin alimlərin fikrincə, problem diqqət və yaddaşın kəsişməsində yaranan “nasazlıq” ola bilər.
Harvard Universitetinin psixologiya professoru Daniel L. Şakter bildirib ki, insanlar əşyaları qoyarkən başqa şeylər düşündüyü üçün bu məlumat yaddaşda düzgün kodlanmır.
Yaddaş 3 mərhələdən ibarətdir: kodlaşdırma, saxlama və xatırlama.
Əgər diqqət yetərli deyilsə, sonradan əşyanın harada olduğunu xatırlamaq çətinləşir.
Mütəxəssislər tez-tez istifadə olunan əşyalar üçün sabit yerlər müəyyən etməyi tövsiyə edib.
Məsələn, açarları hər zaman eyni yerə qoymaq zamanla avtomatik vərdişə çevrilir.
Nadir istifadə olunan əşyalar üçün isə onları hara qoyduğunuzu ucadan demək faydalıdır.
Bu üsul diqqəti artırır və yaddaşı gücləndirir. Alimlər bildirib ki, əgər unutqanlıq gündəlik həyata mane olmağa başlayıbsa, həkimə müraciət etmək vacibdir.
Saglamolun.Az



















