Загрузка...

Gözəl saçların “pəhrizi”

Gözəl saçlara sahib olmaq üçün onları nəinki xaricdən, həmçinin “daxildən" də qidalandırmaq lazımdır. Rasionunuzda müntəzəm olaraq aşağıdakı məhsullar olmalıdır: balıq, toyuq əti, yağsız ət, toyuq və ya bildirçin yumurtaları, qoz, paxlalı bitkilər və s. Bütün bu qidaların tərkibində saçların böyüməsini təmin edən zülal vardır. Saçlar üçün süd məhsulları, bitki yağları, təzə meyvə və tərəvəzlər də çox xeyirli hesab edilir.

Əgər gözəl və sağlam saçlarınızın olmasını istəyirsinizsə, rasionunuzda qızardılmış, yağlı, duzlu və kəskin qidaları, konservləri məhdudlaşdırmaq lazımdır.

Gözəl saçlar üçün səhər yeməyi: 6 xörək qaşığı yulaf yarmasının (“herkules”) üzərinə bir qədər qaynadılmış soyuq su töküb, üzərinə 1 qaşıq bal və bir neçə xırdalanmış qoz əlavə edin və səhərə saxlayın. Səhər bunun üzərinə bir neçə qaşıq qaymaq, bir qədər xırda-xırda doğranmış ərik qurusu və ya kişmiş də əlavə edin. Yay aylarında bu qidaya istənilən meyvə və giləmeyvələr əlavə etmək olar.

Saçların ¼ hissəsi sudan ibarətdir ki, bu da onun elastikliyini təmin edir. Buna görə də orqanizm kifayət qədər su da almalıdır. Gün ərzində 8-10 stəkan maye (çay, ot dəmləmələri, meyvə şirələri, suplar və s.) qəbul etmək lazımdır.


Saglamolun.Az

.
Загрузка...
. .

Şərhlər  

#1 Vüsalə 15.09.2011 07:04
önce salam.necesiniz . menim saclarım zeifdir, hecmli qalmir deye lakdan gelden istifade edirem sacima.bu ne derecede normaldir.neyni m ki saclarim tez uzansin ve mohkem gumrah olsun.laksiz fensiz de saclarim gorkemini itirir .mene meslehetiniz.di qqetinize gore tesekkurler
#2 Admin 15.09.2011 16:50
Hörmətli oxucumuz!

Saytımızın “Kosmetoloqiya” bölməsində Siz saçlara düzgün qulluq edilməsi ilə bağlı çoxlu məlumat ala bilərsiniz.
Saçların keyfiyyəti müxtəlif xəstəliklərin səbəbindən də aşağı düşə bilər. Bu səbəbdən Sizə terapevt həkiminə müraciət etməyi tövsiyə edirik.

.

HƏKİMLƏR

Könül Hənifəyeva

Könül Hənifəyeva

Onkoginekologiya

Onkoginekoloq, mammoloq İş stajı - 28 il

Ətraflı...
Cəmil İskəndərov

Cəmil İskəndərov

Neyrocərrahiyyə

Neyrocərrah İş stajı - 13 il

Ətraflı...
Aynur Səfiyeva

Aynur Səfiyeva

Proktologiya

Ümumi cərrah, kolorektal cərrahiyyə üzrə mütəxəssis Avropa Koloproktoloji Assosiasiyasının ilk milli...

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика