Buxarlanan insanlar - Dzöxatsu

Yaponlar bilərəkdən "yox olur"


Yaponiyada “dzöxatsu” adlanan sosial fenomen insanları "yox edir". Bu termin “buxarlanmaq” mənasını verir və insanların öz gündəlik həyatlarından tamamilə yoxa silinməsini ifadə edir. Bu şəxslər ailələrini, işlərini və keçmiş kimliklərini səssiz şəkildə tərk edərək yeni həyat qurmağa çalışır. Bu addımın əsas səbəbləri arasında məişət zorakılığı, böyük borclar, iş yerində və ya cəmiyyətdə yaşanan güclü təzyiq göstərilir.
Bu insanlara kömək etmək üçün Yaponiyada “gecə köçürmələri” adlanan xüsusi xidmətlər fəaliyyət göstərir. Həmin şirkətlər müştərilərin əşyalarını gecə saatlarında, diqqət çəkmədən başqa ünvana daşıyır və onların izsiz şəkildə köçməsinə şərait yaradır. Xidmətlər tam məxfi şəkildə həyata keçirilir.
Yaponiyada şəxsi həyatın toxunulmazlığı ilə bağlı qanunlar sərt olduğundan, əksər hallarda ailə üzvləri itkin düşən yaxınlarını tapmaqda çətinlik çəkir. Cinayət şübhəsi olmadıqda, dövlət orqanları axtarışa başlamaq səlahiyyətinə malik olmur. Nəticədə “yox olmaq” anlayışı Yapon cəmiyyətində həm sosial, həm də psixoloji problemlərin dərinliyini göstərir.

Saglamolun.Az