50 KİLOQRAM ARIQLAYANLARA MAŞIN VERİLƏCƏK


İDMAN ZALINDA AKSİYA

Çinin Şandun əyalətinin Binçjou şəhərində yerləşən idman zalı qeyri-adi çəki atma yarışına start verib. Zalın sahibi elan edib ki, cəmi 3 ay ərzində 50 kiloqram arıqlaya bilən şəxsə 2020-ci il istehsalı olan “Porsche Panamera” avtomobili hədiyyə ediləcək.

Yarış 23 oktyabrda başlayıb və iştirak haqqı 1 400 ABŞ dollarıdır. Bu məbləğə məşqlər, xüsusi qidalanma planı və zalda yaşayış daxildir. Yəni iştirakçılar 3 ay boyunca məkanı tərk etmədən yaşayır. Məşqçi bildirib ki, layihə realdır, lakin proqram və pəhriz planı hələ açıqlanmayıb. Ekspertlər isə qeyd edib ki, gündə yarım kiloqramdan çox arıqlamaq sağlamlıq üçün ciddi risklər yarada bilər.

Hazırda yarışa cəmi 7–8 nəfər yazılıb, qeydiyyat isə maksimum 30 nəfərlə məhdudlaşdırılıb. Mükafat kimi təqdim edilən avtomobilin zal sahibinin şəxsi maşını olduğu bildirilib.

Saglamolun.Az