ABŞ SƏHİYYƏ VƏ SOSİAL XİDMƏTLƏR DEPARTAMENTİ
ABŞ Səhiyyə və Sosial Xidmətlər Departamenti (HHS) ilə Qida və Dərman Administrasiyası (FDA) menopauza zamanı qadınlara verilən hormon dərmanlarının üzərindəki “qara qutu” xəbərdarlığını ləğv etdiklərini elan ediblər. Xəbərdarlıq əvvəllər bu dərmanların ürək xəstəliyi, döş xərçəngi və demensiya (yaşlılıq yaddaş problemləri) riskini artırdığını bildirirdi.
FDA rəhbərləri bildiriblər ki, bu addım qadınlara isti basmalar, gecə tərləmələri və digər menopauza simptomlarını yüngülləşdirmək üçün daha rahat dərman alma imkanı yaradacaq. Onlar hormonal dərmanların bəzi uzunmüddətli sağlamlıq faydalarının da olduğunu vurğulayıblar.
Lakin həkimlər xəbərdarlıq edirlər ki, dərmanların faydası hər qadın üçün fərqli ola bilər və bəzi risklər hələ də mövcuddur. Məsələn, qan laxtalanması, xərçəng və ürək-damar problemləri və s.
Ekspertlər qeyd edirlər ki, vaginal istifadə üçün nəzərdə tutulmuş kremlər və məlhəmlər təhlükəsiz sayılır, amma ağızdan və ya dəridən istifadə olunan hormon dərmanları bütün bədənə yayıldığı üçün riskləri daha yüksəkdir. Həkimlər qadınlara bu dərmanları qəbul etməzdən əvvəl fayda və riskləri öz həkimləri ilə müzakirə etməyi tövsiyə edirlər.
Mənbə: JAMA
Saglamolun.Az



















