Загрузка...

Döşlərin böyüdülməsi

Döşlərin böyüdülməsi - hal-hazırda ən çox dəbdə olan plastik əməliyyatdır. Ancaq əməliyyatı etməmişdən qabaq, onun sizin üçün nə qədər vacib olması barədə yaxşı-yaxşı fikirləşmək lazımdır.

Çünki, istənilən digər əməliyyatlar kimi, bu əməliyyatın da orqanizm üçün müəyyən fəsadları ola bilər.

Əvvəllər döşlərin böyüdülməsi üçün bu nahiyəyə müxtəlif gellərdən və ya qadının özünün piy toxumasından istifadə edilirdi. Hal-hazırda döşlərin böyüdülməsi üçün xüsusi gel və ya duz məhlulu ilə doldurulmuş, yumşaq rezin selikon implantantlardan istifadə edirlər. Ümumi narkoz altında aparılan bu əməliyyat təxminən 2 saat davam edir. 18 yaşınadək olan qızlarda bu əməliyyat aparılmır. Əməliyyatın aparılması üçün yuxarı yaş həddi isə yoxdur. Əsas – qadının sağlamlığıdır. Çünki bir sıra xəstəliklər zamanı bu əməliyyat aparılmır.

Əməliyyatın aparılması üçün əsas əks-göstərişlər: arterial təzyiqin yüksəlməsi; ciddi ürək-qan damar sistemi xəstəlikləri; diabet; qalxanvari vəzinin bəzi xəstəlikləri; qanın laxtalanmasının pozulması; daxili orqanların ağır xəstəlikləri; onkoloji xəstəliklər və s. Məhz buna görə əməliyyatın aparılmasından əvvəl qadın ciddi tibbi müayinədən keçməlidir.

Həkim əməliyyatdan öncə qadın ilə döşlərin arzu olunan ölçüsünü müzakirə edir. Hal-hazırda bu məqsədlə xüsusi kompüter proqramından istifadə olunur.

İmplantantın yerləşdirilməsi üçün əksər hallarda döşün alt hissəsində 5 sm ölçüdə kəsik aparılır. Kəsik döş giləsi areolunun kənarı boyunca və ya qoltuqaltı sahədən də aparıla bilər. Bu üsulların hər birinin öz üstünlükləri və güsurları vardır ki, bu barədə qadına həkim tərəfindən mütləq məlumat verilməlidir. Anatomik quruluşundan, qadının istəyindən və s. səbəblərdən asılı olaraq kəsiyin aparılacağı yeri həkim müəyyən edir.

Əməliyyatın növbəti günü heç bir fəsad və narahatlıq olmadığı halda, qadın xəstəxanadan evə yazıla bilər. Əməliyyatdan sonra 3 həftə ərzində (xüsusilə ilk 5 gün ərzində) qolların hərəkəti maksimal şəkildə məhdudlaşdırılmalıdır. Qollara normal yük verilməsinə yalnız 6 həftədən sonra icazə verilir. Əməliyyatdan sonra müəyyən müddət ərzində qadın xüsusi kompression (dar) paltar geyinməli olur. Döş implantantının daxil edilməsindən sonra, 1 il ərzində döş nahiyəsindəki çapığı süni (solyari) və təbii günəş şüalarından qorumaq lazımdır.

Əməliyyatdan sonra qadın bir müddət ərzində özündə diskomfort (narahatlıq) və ağrı hiss edə bilər. Əməliyyat sahəsində şişkinlik, süd vəzilərinin asimmetriyası (uyğunsuzluq) da ola bilər. Adətən, bu dəyişikliklər bir müddətdən sonra keçib gedirlər. Əməliyyatdan xeyli müddət keçməsinə baxmayaraq, qadında əməliyyat sahəsində ağrı və diskomfort qalsa, o mütləq bu barədə həkiminə məlumat verməlidir. Əməliyyatın arzuolunmaz əlavə fəsadları - döşlərin bərkiməsi, nəzərəçarpacaq dərəcədə asimmetriyanın olması, implantantın yerini və ya formasını dəyişməsi və s. Təəssüf ki, heç bir qadın bu fəsadlardan sığortalanmayıb. Bu halda təkrar əməliyyat da təyin oluna bilər. Bundan başqa, əməliyyatdan sonra olan çapıqların nəzərəçarpacaq olması, döş nahiyəsində piqmentasiyanın (piqment ləkələrin), keyləşmənin olması və s. əlamətlər də baş verə bilər.

Müasir implantantların qalma müddəti hər bir halda fərdi olur. Həkimlərin təsdiq etmələrinə görə çəkinin dəyişməz saxlanması və hormonal pozğunluqların olmayacağı təqdirdə implantantların qalmağı 20 ildən artıq da ola bilər.

Bir çox hallarda qadınları döşlərin böyüdülməsi əməliyyatından sonra uşaq əmizdirmənin mümkün olub-olmaması da maraqlandırır. Əgər əməliyyat zamanı döş vəzi toxuması zədələnməmişdirsə, həkimlərin təsdiq etmələrinə görə, bu, mümkün hesab olunur. Ancaq istənilən halda, hamilə olmaq və uşaq əmizdirmək arzusunda olmaq istəyinizi cərraha mütləq əməliyyatdan əvvəl bildirmək lazımdır. Çünki hamiləlik və əmizdirmə vaxtı döşlərin ölçüləri və forması dəyişmiş olur.

İstənilən digər əməliyyatlar kimi, döşlərin böyüdülməsi üzrə aparılan cərrahi əməliyyatı da, yalnız kifayət qədər təcrübəsi olan, yüksək dərəcədə ixtisaslaşmış həkimlərə etibar etmək lazımdır. Ancaq əməliyyatın nəticəsi əksər hallarda yalnız cərrahın peşəkarlığından yox, bədəninə yad maddə (implantant) yeridilən qadın orqanizminin reaksiyasından, qadının həkim tərəfindən verilən məsləhətləri hansı dəqiqliklə yerinə yetirməsindən də asılıdır.

______________________________________________________________________


Saglamolun.Az

.
loading...
.

Şərhlər  

#8 Administrator 20.11.2014 06:07
Bəli, mümkündür. Plastik cərrahlara müraciət edin.
#9 Narin 02.12.2014 20:46
Salam.men sud vezilerimi(dow) kiciltmek isteyirem.bu yalniz emeliyyatla mumkundur?
#10 Administrator 03.12.2014 14:25
Bəli, yalnız əməliyyat yolu ilə.

loading...
.

HƏKİMLƏR

Aytəkin Quliyeva

Aytəkin Quliyeva

Trixologiya

Trixoloq (saç üzrə mütəxəssis) İş stajı - 9 il

Ətraflı...
Rauf Sadıqov

Rauf Sadıqov

Neyrocərrahiyyə

Beyin ve omur ilik cərrahiyyəsi (neyrocərrah) İş stajı - 11 il

Ətraflı...
Zülfiyyə Bağırova

Zülfiyyə Bağırova

Kosmetoloq

Kosmetoloq İş stajı - 4 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика