“Ağilli” saatlar istifadəçilər üçün riskli ola bilər

MÜTƏXƏSSİSLƏR XƏBƏRDARLIQ EDİR

Son illər sağlamlıq üçün nəzərdə tutulan “ağıllı” saatlar, bilərziklər və üzüklər sürətlə populyarlaşır. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, bu cihazlar istifadəçilər üçün risk yarada bilər.

“Rəqəmsal Tibb” klubunun iclasında bildirilib ki, müasir cihazlar bəzən həyatı xilas etsələr də, “müvəqqəti təhlükəsizlik illüziyası” yarada bilər. Məsələn, ürək ritmində dəyişiklik barədə xəbərdarlıq müəyyən hallarda vaxtında həkimə müraciətə səbəb olur. Amma cihaz heç bir problem göstərmirsə, insanlar tam sağlam olduqlarını düşünərək müayinədən yayınır. Ekspertlər həmçinin cihazların ölçmə dəqiqliyinin hələ də qeyri-stabil olduğunu vurğulayıb. Buna missal olaraq, Kanadada 1 ildə Apple Watch-un avtomatik göndərdiyi 800 təcili yardım çağırışının 90%-i yanlış olub. Bu isə səhiyyə xidmətləri üçün böyük yük yaradır.

Bununla belə, bu cuhazların faydalı tərəfləri də var. Onlar yuxunun ümumi keyfiyyətini, fiziki aktivliyi və addım sayını kifayət qədər dəqiq qeydə alır. Mütəxəssislərə görə, bu məlumatlar insanın gündəlik sağlamlıq vərdişlərini nəzarətdə saxlamasına kömək edir.

 

Saglamolun.Az