ELMİ FAKTLAR
Oklend Universitetinin tədqiqatçıları feyxoa və böyürtkənin ən güclü iltihab əleyhinə təsirlərə malik olduğunu aşkar edib. Tədqiqat iltihabi bağırsaq xəstəliklərinin və digər orqanların müalicəsi üçün istifadə edilə bilən təbii vasitə olduğunu müəyyən edib.
Alimlər feyxoanın müxtəlif hissələrindən səkkiz bakteriya ştammına qarşı aktivliyini də sınayıblar. Həkimlər antimikrob aktivliyinin çox hissəsinin toxumlardan olduğu qənaətinə gəliblər. Həmçinin, feyxoanın qabığının da əla təbii antibiotik olduğunu təsdiqlənib.
100 q feyxoada 183 kalori, 0,6 qr. zülal, 0,4 qram yağ və 8 qram karbohidrat var. Meyvə antioksidan, iltihab əleyhinə, göbələk əleyhinə və antimikrob xüsusiyyətlərə malikdir, C, B, P və E vitaminləri var və çəkini normallaşdırır. Alimlər sübut ediblər ki, bu meyvədən xərçəngin qarşısının alınması və sümükləri möhkəmləndirilməsi üçün də istifadə etmək olar. Bundan əlavə tərkibində yod, kalium, bor və xrom var.
Bütün faydalı tərəfləri ilə bərabər, feyxoa da ekzotik meyvələr kimi, allergiyaya səbəb ola bilər. Buna görə də, onları ilk dəfə kiçik porsiyalarla yemək tövsiyə edilir.
Feyxoa həmişəyaşıl tropik ağac meyvəsidir. O, 1815-ci ildə Braziliyada alman botanisti Fridrix Zelle tərəfindən kəşf edilib və 75 il sonra meyvə Avropaya gətirilib. 1914-cü ildən başlayaraq ilk plantasiyalar Gürcüstan və Azərbaycanda yaranıb.
Saglamolun.Az



















