Hamiləlik v doğuş zamanı ölüm halları azalıb


YENİ TƏDQİQAT
Yeni qlobal araşdırmaya görə, son 20 il ərzində dünyada ana ölümü halları əhəmiyyətli dərəcədə azalıb. 2000-ci illərdə hər il təxminən 443 min qadın hamiləlik və doğuşla bağlı fəsadlardan dünyasını dəyişirdisə, 2023-cü ildə bu rəqəm 260 minə enib, yəni 41 faiz azalma müşahidə olunub. Tədqiqat “The Lancet Global Health” jurnalında dərc olunub.
Ümumdünya Səhiyyə Təşkilatının və aparıcı universitetlərin mütəxəssisləri 195 ölkənin məlumatlarını təhlil edərək bu azalmanın səbəblərini müəyyənləşdirib. Nəticələr göstərib ki, azalmaların 61 faizi doğuş zamanı tibbi yardımın yaxşılaşması, ixtisaslı tibb işçilərinin iştirakı və doğuşdan sonrakı qayğının güclənməsi ilə bağlıdır. Qalan 39 faiz isə doğum səviyyəsinin enməsi, kontraseptivlərin istifadəsi və təhlükəsiz abort xidmətlərinin artması hesabına əldə edilib.
2023-cü ildə 77 minə yaxın qadının ölümünün qarşısı alınıb. Bunun səbəbi isə kontraseptiv, yəni qoruyucu vasitələrdən istifadənin artmağıdır.
Mütəxəssislər qeyd edir ki, doğum nəzarəti vasitələri qadınlara hamiləliklər arasında fasilə saxlamağa, bədənin bərpasına imkan verməyə və təhlükəli abortlardan yayınmağa kömək edir.

Saglamolun.Az