Gicitkəni balla qarışdırın - 1001 dərdə dərmandır

Gicitkən çox faydalı bitkidir. Gicitkən qanın tərkibinə çox müsbət təsir edir, qanı təmizləyir, qanazlığı zamanı müalicəvi vasitə kimi istifadə olunur, qaraciyəri və böyrəkləri təmizləyir.

Gicitkən xalq təbabətində müxtəlif dəmləmələr, cövhərlər, tinkturalar və s. tərkibində çox geniş istifadə olunur.

Saglamolun.az sizə gicitkəndən və baldan hazırlanmış və xalq təbabətində geniş istifadə olunan təbii dərmanın reseptini təqdim edir.

50 qr təzə gicitkən blenderdə əzilir, üzərinə 1 stəkan təbii bal əlavə olunur, yaxşı qarışdırılır və 7 gün soyuducuda saxlanılır. Dərmanı hər gün qarışdırın.

1 həftədən sonra dərmanı istifadə etmək olar. Böyüklər bu qarışığı gündə 2 dəfə 1 xörək qaşığı olmaqla qəbul edir. Qarışığı soyuducuda saxlayın.

Bu qarışıq qanın tərkibini yaxşılaşdırır, qanı, qaraciyəri, böyrəkləri təmizləyir, orqanizmə ümumimöhkəmləndirici təsir edir.

Nəzərinizə çatdıraq ki, gicitkən hamilə qadınlar və damarlarda trombların əmələ gəlməsinə meyilli olan insanlar üçün əks-göstəriş sayılır.

Saglamolun.Az




loading...

Yaz və payızda ən yayılmış KOKSAKİ virusu və onun müalicəsi

 

 

 

 
loading...

HƏKİMLƏR

Mamed Muradov

Mamed Muradov

Stomatologiya

Stomatoloq, implantoloq İş stajı: 12 il

Ətraflı...
Nəzmin Musayeva

Nəzmin Musayeva

Plastik cərrahiyyə

Plastik Estetik cərrah İş stajı - 10 il

Ətraflı...
Vüsal Mahmudov

Vüsal Mahmudov

Travmatologiya

Travmatoloq-ortoped İş stajı - 14 il

Ətraflı...

 


Яндекс.Метрика