Bağırsaq mikrobları yuxunun keyfiyyətinə böyük təsir göstərir


ALİMLƏR YUXU VƏ BAĞIRSAQ ƏLAQƏSİNİN SİRRİNİ AÇDI

ABŞ və Çin alimlərindən ibarət beynəlxalq tədqiqat qrupu bağırsaq mikrobiotasının insanın yuxu keyfiyyətinə birbaşa təsir etdiyini sübut edib. Araşdırma “Bağırsaq mikrobiotası və yuxu: Qarşılıqlı təsir mexanizmləri və terapevtik perspektivlər” (“Gut Microbiota and Sleep: Interaction Mechanisms and Therapeutic Prospects”) adı ilə “Frontiers in Psychiatry” jurnalında (PMC, NIH) dərc olunub.
Məqalədə qeyd olunur ki, bağırsaqda yaşayan mikroorqanizmlər sinir sistemi ilə sıx əlaqədə olur və melatonin, serotonin kimi yuxunu tənzimləyən hormonların istehsalını stimullaşdırır. Siçanlar üzərində aparılan təcrübələr göstərib ki, mikrobiota balansı pozulduqda yuxu fazalarının dərinliyi azalır, orqanizmin bərpa prosesi zəifləyir.
Alimlər hesab edirlər ki, bu əlaqənin öyrənilməsi gələcəkdə yuxusuzluq və depressiya kimi problemlərin müalicəsində yeni istiqamətlərin yaranmasına səbəb ola bilər.

Mənbə: Frontiers in Psychiatry / PMC (NIH)

Saglamolun.Az