Göz yaşları - sağlamlıqdır

HARVARD UNİVERSİTÜTİNİN ARAŞDIRMASI

"Harvard Health Publishing"də dərc edilən məqaləyə görə, ağlamaq insanın həm emosional, həm də fiziki sağlamlığına müsbət təsir göstərir.

Alimlər tərəfindən aparılan “Is crying good for you?”, yəni “Ağlamaq sizə xeyirdirmi?” adlı tədqiqatda qeyd olunur ki, emosional göz yaşları zamanı orqanizmdə endorfin və oksitosin hormonları ifraz olunur. Bu hormonlar ağrını azaldır, bədəni rahatlaşdırır və stress səviyyəsini tənzimləyir.

Araşdırmaya əsasən, ağladıqdan sonra iştirakçıların 98 faizi özünü daha sakit, rahat və emosional cəhətdən sabit hiss etdiyini bildirib. Mütəxəssislərin fikrincə, bu hal ağlamağın bədənin təbii tənzimləmə mexanizmi olduğunu təsdiqləyir. Göz yaşları vasitəsilə stress hormonları orqanizmdən xaric olur, bu isə psixoloji gərginliyi azaldır və yuxu keyfiyyətini yaxşılaşdırır.

Tədqiqat həmçinin göstərib ki, ağlamaq sosial əlaqələrin möhkəmlənməsinə yardım edir, çünki insan ağlayarkən ətrafındakıların dəstəyini almağa meylli olur. Bununla belə, tez-tez və səbəbsiz ağlama halları psixoloji pozuntuların əlaməti ola bilər və bu halda mütəxəssisə müraciət olunmalıdır.

 

Mənbə: Harvard Health Publishing

Saglamolun.Az