Загрузка...

Qripp infarktın riskini 6 DƏFƏ ARTIRIR

Qripp infeksiyası, xüsusilə B tipi qripp virusu yaşlı insanlarda infarkt riskini 6 dəfə artırır.

Saglamolun.az xarici KİV-lərə istinadla xəbər verir ki, bunu Kanada alimləri araşdırma zamanı aşkar ediblər. Onların müşahidələrinə görə, qrippin ilk 1-ci həftəsi bu mənada xüsusilə təhlükəlidir. Ürək-damar sistemi xəstəlikləri, yüksək təzyiqdən əziyyət çəkən insanlar risk qrupundadır.

Araşdırma zamanı alimlər 20 000 insanın sağlamlıq haqqında məlumatlarını təhlil ediblər.

Bütün bunları nəzərə alaraq alimlər yaşlı insanlara qripp mövsümündən əvvəl qrippə qarşı peyvənd etməyi, qrippə şübhə yarandıqda dərhal həkimə müraciət etməyi tövsiyə edirlər.

Nəzərinizə çatdıraq ki, qripp infeksiyası kiçik yaşlı uşaqlar və yaşlı insanlar arasında daha tez-tez fəsadların inkişafına və ölüm hallarına səbəb olur.   


Saglamolun.Az

.
Загрузка...
.

.

HƏKİMLƏR

Fuad Əliyev

Fuad Əliyev

Endokrinologiya

Tiroidoloq (zob xəstəlikləri) İş stajı - 10 il

Ətraflı...
Tərlan Qasımov

Tərlan Qasımov

Qastroenterologiya

Qastroenteroloq-İnvaziv Endoskopist İş stajı -8 il

Ətraflı...
Şəhla İbrahimova

Şəhla İbrahimova

Oftalmologiya

Oftalmoloq - cərrah İş stajı - 10 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика