Azərbaycanda Səhiyyənin Təminat Mərkəzi yaradılır - FƏRMAN

Azərbaycanda Səhiyyənin Təminat Mərkəzi yaradılır.

Bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.

Fərmana əsasən, Səhiyyə Nazirliyi öz tabeliyində “Səhiyyənin Təminat Mərkəzi” publik hüquqi şəxsi yaratmalı və bu barədə Azərbaycan Prezidentinə məlumat verməlidir.

Müəyyən edilib ki, qurumun “Publik hüquqi şəxslər haqqında” Qanunun 8.2-ci maddəsində nəzərdə tutulan təsisçisinin səlahiyyətlərini nazirlik həyata keçirir.

Qurumun saxlanılması xərcləri 2023-cü il və növbəti illərin dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində nazirlik üçün nəzərdə tutulmuş vəsait çərçivəsində həyata keçirilir.

Nazirlik qurumun nizamnaməsini, strukturunu, işçilərinin say həddini və əməkhaqlarının məbləğini (vəzifə maaşını, vəzifə maaşına əlavələri, mükafatları və digər ödənişləri) bir ay müddətində təsdiq etməlidir.

Qurumun dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunla müəyyən edilmiş qaydada tədbirlər görməlidir.

Kran suyunda üzünü yudu beyninə amöb düşdü - Sən demə bizim də...

ABŞ-nin Florida ştatının sakinini “beyin yeyən amöb” öldürüb.

Florida səhiyyə mütəxəssisləri onun burun deşiklərini kran suyu ilə yuduqdan sonra amöbün orqanizminə düşdüyünü açıqlayıblar.

Dövlət Səhiyyə Təşkilatının sözçüsü xəstənin öldüyünü təsdiqləyib.

“Naegleria fowleri” adlanan təkhüceyrəli amöb beyində infeksiyaya yol açır və çox vaxt ölümcül olur. Əsasən, göl və çay kimi şirin sularda rast gəlinən təkhüceyrəli “Naegleria fowleri” yalnız burun yolu ilə orqanizmə daxil olur və insandan-insana keçmir.

Qoxu kanalına daxil olan amöblər burunun selikli qişasından keçərək qoxu siniri vasitəsilə onurğa-beyin mayesində və beyində yerləşir, ölümcül xəstəlik olan meningitin yaranmasına səbəb olurlar.

Bu amöblə yoluxan insanlarda boyun və baş ağrısı, həmçinin yüksək hərarət, ürəkbulanma və qusma kimi simptomlar özünü göstərir. Xəstələrin çoxu, adətən, bir həftə ərzində həyatını itirir. Əksər yoluxma hallarında qısa müddət ərzində şüur bulanıqlığı, koma və ölüm baş verir.

“Beyin yeyən amöb” buruna daxil olan çirkli su ilə yoluxur. Çox nadir hallarda kifayət qədər xlorlanmamış hovuzlara baş vurulması və ya burunun amöblə çirklənmiş su ilə təmizlənməsi nəticəsində bədənə daxil ola bilir.

 

Sevinc Hüseynova 

 

Kimlər tez qripləyir? - AÇIQLAMA

"İnfeksion xəstəlik əsasən imunuteti zəif olan insanlar arasında yayılır".

Kolbasaların tərkibi haqda ekspertdən ŞOK AÇIQLAMA

"Artıq 30-40 ildir ki, bitki mənşəli zülal və yağlardan istifadə edərək süni yolla ət alınır".

Nazirdən valideynlərə çağırış: Müəllimləri 8 Martda belə təbrik edin!

"8 Mart öncəsi müəllimlərə hədiyyə alınması ilə bağlı hallar iki yerə bölünür. Birinci, məcburetmə və külli miqdarda hədiyyə yığılmasıdır".

Buraxılış imtahanı yaxınlaşır - Psixoloqdan vacib tövsiyə

Buraxılış imtahanına sayılı günlər qalıb. Bu müddət azaldıqca təbii olaraq, abituriyentlər arasında gərginlik də artmağa davam edir.

Qarın nahiyəsində problemlər: Ağrının kəsilməsi ilə əsas xəstəlik gizlənə bilir - MÜSAHİBƏ

“Digər xroniki ağrılardan fərqli olaraq qarın ağrılarında altda yatan səbəbi bilmədən ağrıkəsicilər qəbul etmək olmaz”.

Bədənində xroniki ağrı olanların qocalanda yaddaşı itəcək

Bədən məşqləri, idman, hərəkət demensiyaya qarşı ən güclü təsirli alətdir.

Subcategories