“Əgər bədən hərəkətsiz qalırsa, orqanlarda ilthabi proseslər başlayır. Əvvəllər bədənin müxtəlif yerlərində xüsusən də, boyun nahiyəsində ağrılar az-az müşahidə edilir, amma vaxt keçdikcə bu ağrılar xronikləşir. Bundan sonra da hərəkət məhdudlaşır və çətinləşir”.
Bunu Medicalmedia-ya açıqlamasında nevropatoloq Aygün Məmmədova deyib.
Həkim bildirib ki, daha çox kompüter arxasında saatlarla oturaq vəziyyətdə işləyən insanlarda boyun nahiyyəsində iltahablanma başlayır. Bu ağrıları ciddi qəbul etməyən şəxslər vəziyyəti daha da pisləşdirirlər. Hətta bəzi nöqtələr var ki, orada onurğa kardia bağı var, o hissə ağrıyanda pasiyentlər ürək həkiminə müraciət edirlər. Amma müayinədən sonra məlum olur ki, ürəkdə heç bir problem yoxdur. Sinədə və ürəkdə hiss edilən ağrının səbəbi onurğa ilə əlaqəlidir.
Mütəxəssis qeyd edib ki, bu ağrıların səbəbi əzələlərin tutulmasıdır. Bu ağrılar o dərəcədə şiddətli olur ki, xəstə başını yastığa qoyub yata bilmir. Həmin nöqtələrə təzyiq göstərdikdə ağrı yayılır. Mütləq bu pasiyentlər müalicə olunmalıdır. Əks halda, ağrılar qalıcı xarakter ala bilər.
Sevinc Hüseynova
Saglamolun.Az